SON XƏBƏRLƏR

Ordu gününüz mübarək!

2021.10.20, 07:36
Ordu gününüz mübarək!

Gunaz.tv
Ordu gününüz mübarək! Bu gün Azərbaycan gücünü göstərəcək. Hərbi parada 4510 hərbçi, 210 hərbi texnika, 25 təyyarə, 19 vertolyot, 31 gəmi və kater çıxarılacaq Bu gün səhər saat 10:00-da Azadlıq meydanında hərbi parad başlayacaq. Paradda Azərbaycan Silahlı Qüvvələrinin 4 min 510 nəfərdən ibarət şəxsi heyəti iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbərinə görə, Milli Ordu paradda 210 modernləşdirilmiş döyüş texnikası, 25 təyyarə, 19 vertolyot, 31 gəmi və kater nümayiş etdirəcək. Hərbi parad AzTV ilə canlı yayımlanacaq. Paradı Azərbaycan Silahlı Qüvvələrinin 200 nəfərlik hərbi orkestri müşayiət edəcək. Müdafiə naziri Səfər Əbiyev APA-ya açıqlamasında bildirib ki, parad yüksək səviyyədə təşkil olunub: "Azərbaycan xalqı özünün Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bu paradda bir daha görəcək". Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi günündə keçirilən bu hərbi parad Azərbaycan tarixində üçüncüsüdür. İkinci hərbi parad 16 il əvvəl - 1992-ci ilin oktyabrın 9-da Elçibəyin prezidentliyi dövründə keçirilmişdi. İlk hərbi parad 1919-cu ildə Bakı şəhərində - indiki Xalça Muzeyinin yerləşdiyi ərazidə keçirilib. Qeyd edək ki, bu gün Azadlıq meydanı və ona bitişik ərazilərdə nəqliyyatın hərəkətini tam məhdudlaşdırılacaq. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar