SON XƏBƏRLƏR

Ordu parada hazırdır

2021.10.20, 07:36
Ordu parada hazırdır

Gunaz.tv
Ordu parada hazırdır Dünən "Azadlıq" meydanında son hazırlıq məşqi keçirildi Milli Ordunun 90 illiyi münasibəti ilə iyunun 26-da keçiriləcək hərbi parada dünən "Azadlıq" meydanında son hazırlıq məşqi keçirib. Dövlət bayrağının ucaldıldığı meydanda Cümhuriyyət dövrünün hərbi geymində olan əsgərlər, HHQ, HDM, DSX, Daxili Qoşunların hərbçiləri, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Naxçıvanski adına hərbi liseyin kursantları, H.Əliyev adına Ali Hərbi Məktəbin müdavimləri Hökumət Evinin önündən nizami addımlarla keçiblər. Daha sonra meydana yüngül hərbi texnika ("Range Rover", "Mercedes" tipli döyüş maşınları, pilotsuz uçuş aparatları, artilleriya qurğuları və s.) daxil olub. Hərbi parad günü "Azadlıq" meydanına ağır hərbi texnika, o cümlədən tanklar da çıxarılacağı istisna edilmir. Baxmayaraq ki, tanklar meydanın asfaltını pis günə qoya bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar