SON XƏBƏRLƏR

"KTMT ordusu Qazaxıstanı tərk etsin"-Vaşinqtonda Qazaxıstana dəstək aksiyası keçirilib-FOTOLAR-VİDEO

2022.01.09, 09:54
"KTMT ordusu Qazaxıstanı tərk etsin"-Vaşinqtonda Qazaxıstana dəstək aksiyası keçirilib-FOTOLAR-VİDEO

Gunaz.tv

Bu barədə ABŞ-da yaşayan milli fəal Zaur Bayramlı məlumat verib. Onun sözlərinə görə, Ağ Evin qarşısında keçirilən aksiyanı Vaşinqtonda yaşayan qazaxıstanlılar təşkil edib. 

Azərbaycanlı fəalların da qatıldığı etiraz piketində “Putin, Qazaxıstandan əlini çək", "KTMT ordusu Qazaxıstanı tərk etsin", "Tokayev, istefa", "İnternet bərpa edilsin", "Biz terrorçu deyilik, xalqıq", "Putin, Qazaxıstandan çıx" kimi şüarlar səsləndirilib və milli məzmunlu çağırışlar yazılmış plakatlar qaldırılıb.

Aksiyada  sabiq prezident Nursultan Nazarbayevin də əleyhinə şüarlar səsləndirilib. Çıxışçılar olayların əsas səbəbkarlarının Nursultan Nazarbayev-Qasım Jomart Tokayev cütlüyü olduğunu vurğulayıblar. 

Z.Bayramlı bildirib ki, aksiyanın keçirildiyi məkanda, yəni Ağ Evin önündə qazaxlardan bir az əvvəl rus müdaxiləsindən işğalından əzab çəkən başqa bir xalqın - ukraynalıların da Rusiya əleyhinə aksiyası da olub. 

“Aksiya başa çatan ukraynalıların çoxu meydanı tərk etməyib, Ukrayna bayraqları və çıxışları ilə Qazaxıstana dəstəklərini ifadə ediblər”-Z.Bayramlı belə deyib.

Azərbaycanlı fəallar aksiyadan sonra Ukrayna televiziyasına açıqlama verib, post-Sovet məkanında baş verən hadisələrinin səbəblərindən danışıb.

“Azərbaycan adına aksiyada mən və qızım Banuçiçək Bayramlı iştirak etdik. Həmçinin hər ikimiz rus imperializminin coğrafiyamızdakı fəsadları ilə bağlı Ukrayna televiziyasına müsahibə verdik”-deyə, Z.Bayramlı deyib.

hvQgMys.jpg

expD31i.jpg

9oaf0cs.jpgZ6j8FrJ.jpg

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar