SON XƏBƏRLƏR

Boris Conson : "Ukraynaya əlavə 6 min raket göndəriləcək"

2022.03.25, 09:38
Boris Conson : "Ukraynaya əlavə 6 min raket göndəriləcək"

Gunaz.tv

Boris Conson bildirib ki, Böyük Britaniya Ukraynaya yardımı artırmaq üçün müttəfiqləri ilə işləyəcək.

Baş nazirin sözlərinə görə, Britaniya Ukraynaya göstərdiyi yardımı ikiqat artıracaq. O, həmçinin Ukraynaya əlavə 6 min raketin göndəriləcəyini deyib.

“Biz uzunmüddətli perspektivdə azad və demokratik Ukraynanı dəstəkləməliyik”,- deyə Boris Conson açıqlamasında bildirib.

O, qeyd edib ki, Ukrayna tək deyil və Britaniya Kiyev, Mariupol, Lvov və Donetsk xalqının yanındadır.

Böyük Britaniyanın Baş naziri Ukraynanın hava məkanının bağlanmasının mümkün olmayacağını deyib.

Baş Nazir bildirib ki, bu Hərbi Hava Qüvvələrinin Rusiyanın sürətli təyyarələrini vurması deməkdir. O, NATO-da heç bir ölkənin bunu etməyəcəyini bildirib.

Boris Conson qeyd edib ki, NATO Ukraynanı havadan müdafiə etmək üçün raketlərlə təmin etmək fikrindədir. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar