SON XƏBƏRLƏR

Borrel: "Nüvə razılaşmasını canlandırmaq üçün danışıqlar dalana dirənib"

2022.09.15, 07:22
Borrel: "Nüvə razılaşmasını canlandırmaq üçün danışıqlar dalana dirənib"

Gunaz.tv

"Qorxuram ki, Amerikadakı siyasi vəziyyəti və bir çox istiqamətlərin qeyri-müəyyənliyini nəzərə alsaq, hələlik bir növ çıxılmaz vəziyyətdə qalaq"-deyə, o bildirib.

Son 16 ayda Avropa Birliyinin xarici siyasət rəhbəri İran və Amerika arasında dolayısı danışıqlar zamanı nüvə razılaşmasının canlandırılması üçün zəmin yaratmaq məqsədilə geniş səylər göstərib.

İranın nüvə razılaşmasına üzv ölkələri ilə çoxtərəfli danışıqlarının nəticəsiz qalmasından və nüvə razılaşmasını canlandırmaq üçün Amerika ilə dolayı danışıqlardan sonra, Cozef Borrel avqustun əvvəlində bu danışıqlarda çıxılmaz vəziyyətdən çıxmaq üçün yekun təklifini təqdim etdi.

Cozef Borrel bildirib ki, son iki ayda hər iki tərəfin təklif etdiyi mətnlər “bir-birinə daha yaxın” olub, ancaq “təəssüf ki, yaydan sonra onlar son təkliflərdə fikir ayrılığına düşüblər”.

"Öz tərəfimdən təklif edə biləcəyim başqa heç nə yoxdur", deyə, Avropa Birliyinin xarici siyasət rəhbəri deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar