SON XƏBƏRLƏR

Ötən günlərdə saxlanılan Nəsim Sadiqidən xəbər var

2021.10.20, 07:36
Ötən günlərdə saxlanılan Nəsim Sadiqidən xəbər var

Gunaz.tv

GünAz TV: Məhkəmə bazar günü Təbrizdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi haqda vəsiqə qərarı çıxarıb.

 

Oktyabrın 21-də “Sepah” əməkdaşları tərəfindən saxlanılaraq bu orqanın Bakiri xiyabanındakı təcridxanasına aparılan fəal oktyabrın 25-də Təbrizin Beheşti Məhkəməsinə aparılıb. Fəal dindirilib və  barəsində 100 milyon tümənlik vəsiqə qərarı çıxarıldıqdan sonra yenidən “Sepah”ın təcridxanasına qaytarılıb. Onun oktyabrın 27-də təkrar məhkəməyə aparılacağı bildirilir.

 

Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlar haqda hələlik heç bir məlumat yoxdur.

 

Nəsim Sadiqi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir çox təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar