SON XƏBƏRLƏR

Ötən il noyabr etirazlarında saxlanılan 6 güney azərbaycanlı fəal barəsində məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
Ötən il noyabr etirazlarında saxlanılan 6 güney azərbaycanlı fəal barəsində məhkəmə hökmü çıxarılıb

Gunaz.tv

GünAz TV: Urmiya 2 nömrəli Cinayət Məhkəməsinin 101-ci şöbəsi ötən il noyabr etirazlarında saxlanılan 6 güney azərbaycanlı fəal barəsində hökm çıxarıb.

 

Hakim Həmid Qulinəjadın çıxardığı hökm martın 17-də elan olunub.

 

Məlumata görə, 1.Keyvan Paşayi 2.Əli Əzizi 3.Əmin Zare 4.Salar Tahir Əfşar 5.Elyar Hüseynzadə 6.Yasin Həsənpur “qanunsuz yığıncaqlara qatılmaq və küçəni bağlamaqla ictimai asayişi pozmaq” ittihamı ilə üzləşib. Əlavə olaraq Elyar Hüseynzadə və Yasin Həsənpur “yanacaqdoldurma məntəqəsini təxrib etmək və virtual məkanda film yaymaq” ittihamı ilə də üzləşib, lakin ittihamı sübut edən dəlil yetərsiz olduğu üçün onlara bəraət verilib.


Hökmdə İslam Cəza Qanunlarının 618-ci maddəsinə istinad olunaraq fəallar 8 ay həbsi əvəz edən 15 milyon rial nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilib.

 

Hakim xüsusi şikayətçi olmadığını, müttəhimlərin bundan əvvəl məhkumluq qərarı olmadığını və hökumətin iqtisadi siyasətini islah etmək məqsədi güddüklərini nəzərə alaraq Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Əfşar barəsində çıxarılan qərarın icrasını 3 il müddətinə təxirə salıb. Son adı çəkilən fəallar məhkəmə prosesində iştirak edib, hökmlə bağlı 20 gün ərzində Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinə şikayət edilə bilər.

 

Əli Əzizi və Elyar Hüseynzadə barəsində isə qiyabi qərar çıxarılıb. Etiraz olacağı təqdirdə hökmə birinci instansiya məhkəməsində yenidən baxıla bilər.

 

Qeyd edək ki, Əli Əzizi Təbrizin Mərkəzi Zindanında həbsdə olduğu üçün keçirilən məhkəmə iclasına qatıla bilməyib, ona irəli sürülən ittihamlarla bağlı özünü müdafiə etmək imkanı verilməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar