SON XƏBƏRLƏR

Xoy zəlzələsindən zərər çəkənlərə verilən çadırlar geri alınır

2023.02.18, 09:01
Xoy zəlzələsindən zərər çəkənlərə verilən çadırlar geri alınır

Gunaz.tv

Bu barədə bölgədə olan sosial media istifadəçiləri məlumat yayıb.

Onların bildirdiyinə görə, məmurlar elektrik enerjisini kəsərək zərərçəənləri çadırları tərk edərək zədəli vəziyyətdə olan evlərinə qayıtmaa məcbur edirlər.

Qeyd edək ki, bundan öncə İranın daxili işlər naziri Əhməd Vəhidi zəlzələdən zərər çəkənlər üçün konteyner sığınacaqlar verilməyəcəyini bildirib.

Nazirin bu çıxışından sonra təbrizli həkimlər öz vəsaitləri hesaına 40 ədəd konteyner alaraq xoylulara hədiyyə ediblər.

Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun başçısı Cəfər Bərzgər Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayının 13200-ə çatdıını deyib.

Onun sözlərinə görə, 21500 ev mütəxəssislər tərəfindən yoxlanılıb.

Zərər görən evlərin 2120-i yenidən tikilməli, 11,100 ev isə təmir edilməlidir.

Hazırda 130 min nəfər çadır düşərgələrində yaşayayır, minlərlə insana çadır verilmədiyi üçün soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar