SON XƏBƏRLƏR

Xoyda siyasi məhbus Əkbər Nəimiyə dəstək aksiyası keçirilib- FOTOLAR

2022.01.15, 13:36
Xoyda siyasi məhbus Əkbər Nəimiyə dəstək aksiyası keçirilib- FOTOLAR

Gunaz.tv

Milli fəallar Ə.Nəiminin fotosu əks olunan afişalar yayıb, onun həbsdən azad olunmasını istəyiblər.

Üzərində “Biz vətən uğrunda çalışanlarımızı unutmayacağıq”, “Mühəndis Əkbər Nəimini azad edin” məzmunlu çağırışlar və Əkbər Nəiminin “Millətimizin içində olub, yanında durub, sədaqətlə gələcəyə addımlamalıyıq” sözü əks olunan afişalar Xoy şəhərinin bir çox məhəllələrinin duvarlarına yapışdırılıb, ictimai yerlərdə paylanlıb.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan azərbaycanlı mədəni fəal Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

Əkbər Nəiminin məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq" ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Tanınmış milli-mədəni fəal, Əkbər Nəimi Xoy şəhərindəndir. "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və bir müddət öncə hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan Dərnəyi"nin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.

C.E

 

content_image_1642242086.jpg

content_image_1642242125.jpg

content_image_1642242137.jpg

content_image_1642242147.jpg

content_image_1642242158.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar