SON XƏBƏRLƏR

Soyuqbulaqda xalçaçılıq sənayesi ağır durumdadır

2022.01.07, 10:43
Soyuqbulaqda xalçaçılıq sənayesi ağır durumdadır

Gunaz.tv

O, ixracatla bağlı yaranan problemlərin bu sahənin çətinliklərlə üzlşməsinə, istehsalın azalmasına səbəb olduğunu söyləyib.

“Cari günəş ilində Soyuqbulaqda 4500 kvadrat metr əldə toxuma xalça istehsal olunub və bu ötən ilin oxşar dövrü ilə müqayisədə 25% azdır”-deyə, Qurbani Əqdəm bildirib.

Xalçaçılar Birliyinin başçısının sözlərinə görə, Soyuqbulaq xalçaları, xüsusilə Əfşar naxışlı xalçaların keyfiyyət, gözəllik və incəliyinə görə dünya səviyyəsində məşhur olmasına baxmayayaraq, ixracat problemləri üzündən əvvəlki səmərəliliyini itirib.

Hal-hazırda Soyuqbulaq şəhəri və ətraf kəndlərində əldə toxuma xalça sahəsində 2000 nəfər çalışır.

Qeyd edək ki, Qərbi Azərbaycanda xalçaçılıq işi əhalinin məişət problemlərinin həllində önəmli dərəcədə rol oynamasına baxmayaraq, əyalətdə 5500 xalça sexində fəaliyyət göstərən 72 min xalçaçının yalnız 17 min nəfəri siğorta xidmətlərindən istifadə edir və 50 mindən çox xalça toxucusu bu imkandan məhrumdur. 

Son statistikalara görə, Qərbi Azərbaycanda illik əldə toxuma xalça istehsalı 290 min kvadrat metrə bərabərdir və bu sahədəki ixracatda Şərqi Azərbaycan, Ərdəbil əyalətləri ilə birlikdə ölkə üzrə birinci yerlərdən birini tutur. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar