SON XƏBƏRLƏR

Cozef Borrell: “İranın nüvə proqramı körfəz regionunun təhlükəsizliyinə mənfi təsir edir”

2021.10.20, 07:36
Cozef Borrell: “İranın nüvə proqramı körfəz regionunun təhlükəsizliyinə mənfi təsir edir”

Gunaz.tv

Oktyabrın 18-də mediaya açıqlamasında Borrell deyib ki, İranın nüvə proqramı və Yəmən savaşı körfəz regionunun təhlükəsizliyinə mənfi təsir göstərir.


“Hesab edirəm ki, Avropa Birliyi və Köefəz Əməkdaşlıq Şurasının bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirmək və onu inkişaf etdirmək üçün yeni fürsətləri var.


Bu gün mən hər zamandan daha çox İranın nüvə məsələsi ilə bağlı aparılan danışıqlarda inkişaf əldə ediləcəyinə nikbin yanaşıram.  Mən tərəflər arasında danışıqların tez bir zamanda yenidən baş tutacağına da nikbin baxıram. 


Bundan başqa, mən tərəflər arasında qısa bir zamanda razılaşma əldə olunacağını iddia etmirəm, lakin yalnız bunu deyə bilərəm ki, zaman faktoru İranın xeyrinə deyil”, -deyə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrell bildirib.


Borrell, İranın Vyana danışıqlarına qatılmayacağı təqdirdə rəsmi Tehrana qarşı hansı tədbirlərin görüləcəyini açıqlamayıb.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar