SON XƏBƏRLƏR

“PAKİSTAN OBSERVER” QƏZETİNDƏ AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ ÇAP EDİLİB

2021.10.20, 07:36
“PAKİSTAN OBSERVER” QƏZETİNDƏ AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ ÇAP EDİLİB

Gunaz.tv
“PAKİSTAN OBSERVER” QƏZETİNDƏ AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ ÇAP EDİLİB 200806277.jpg AzərTAc xəbər verir ki, Azərbaycanın Pakistandakı Səfirliyinin təqdim etdiyi material əsasında “Pakistan Observer” qəzetinin 2008-ci il 26 iyun nömrəsində Azərbaycan Parlamentinin yaradılmasının 90-cı ildönümünə həsr edilmiş yubiley iclası ilə bağlı məqalə çap olunmuşdur. Səfirlikdən bildirmişlər ki, məqalədə Pakistan nümayəndə heyətinin tədbirdə iştirakı, Azərbaycan Przidenti ilə görüşü və digər məsələlərdən danışılır. Tədbir iştirakçılarının Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini, Şəhidlər xiyabanını ziyarət etməsi, nümayəndə heyətlərinin çıxışlarında Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeiyini dəstəkləməsi də Pakistan oxucularına çatdırılmışdır. Məqalədə Prezident İlham Əliyevin yubiley iclasındakı çıxışında Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə söylədiyi fikirlərə geniş yer verilmişdir. Yazıda həmçinin Azərbaycanın dövlət başçısının Pakistan nümayəndə heyətinin rəhbəri, Senatın sədri Muhammadmian Sumro ilə görüşü zamanı iki ölkənin sağlam əlaqələri, qarşılıqlı dəstəkdən faydalanmaları barədə səslənmiş fikirlər də yazıda öz əksini tapmışdır. Səfirlikdən onu da bildirmişlər ki, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO -nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilmiş “Sivilizasiyaların dialoqunda qadınların rolu” mövzusunda beynəlxalq konfransda Pakistanın bir qrup xanım senatorları iştirak etmişlər. Xatırladaq ki, iyulun əvvəllərində Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri Azərbaycanda səfərdə olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar