SON XƏBƏRLƏR

Pakistan Senatının komitə sədri: “Azərbaycan təcavüzkar siyasətin qurbanı olub”

2021.10.20, 07:36
Pakistan Senatının komitə sədri: “Azərbaycan təcavüzkar siyasətin qurbanı olub”

Gunaz.tv
Pakistan Senatının komitə sədri: “Azərbaycan təcavüzkar siyasətin qurbanı olub” mushahidhuseynsaid.jpg Bakı. Elbrus Seyfullayev-APA. “Azərbaycan təcavüzkar siyasətin qurbanı olub. Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib, bundan sonra da belə olacaq”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Müşahid Hüseyn Səid deyib. O, hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması haqda 822 saylı qətnamənin qəbul olunduğunu xatırladıb. Qonaq həmin qətnamənin qəbul edilməsində Pakistanın böyük rol oynadığını deyib. Ölkələr arasında əlaqələrin mövcud səviyyəsinə toxunan M. H. Səid Azərbaycana edilən bu səfərin uğurlu olacağını bildirib: “Biz iki ölkənin qanunverici orqanı arasında əlaqələrin daha da möhkəmlənməsinə çalışacağıq. Bu səfər hökumətlər və xalqlar arasında əlaqələri də yaxınlaşdıracaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar