SON XƏBƏRLƏR

Pakistanda Sepahın Qüds briqadasının 7 üzvü həbs edilib

2021.10.20, 07:36
Pakistanda Sepahın Qüds briqadasının 7 üzvü həbs edilib

Gunaz.tv

GünAz TV: Pakistanın Federal Tədqiqatlar Agentliyi (FİA-red) 7 İran vətəndaşını saxta Pakistan xarici pasportları və şəxsiyyət vəsiqələri daşıdıqlarına görə həbs etdiyi barədə məlumat yayıb.

 

Pakistanın “Dawn” qəzetinin FDA-nın yüksək çinli məmuruna istinadən yaydığı məlumata görə, bu şəxslər Bəhreyndən gələn reyslə Pakistanın Turbat beynəlxalq hava limanına daxil olduqdan sonra saxta xarici pasportla ölkəyə daxil olmaq istədikləri üçün həbs ediliblər.

 

Qəzetin məlumatına görə, bu şəxslər 2014-cü ildən bu günə qədər saxta Pakistan xarici pasportları ilə Bəhreynə gedib- gəliblər. FDA-nın yüksək çinli məmuru saxlanılan 7 şəxsdən ən azı 2-sinin Sepahın Qüds briqadasının əməkdaşı olduğu aşkar edilib.

 

Saxlanılan şəxslər ötən il saxta pasportlarla Bəhreyndən başqa Səudiyyə Ərəbistanına da səfər ediblər. 2017-ci ildə Bəhreyn polisi məlumat yayaraq bir neçə Pakistan vətəndaşının ölkədə milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərdiklərinə görə həbs edildiyini bildirmişdi. FDA məmurunun sözlərinə görə, 2018-ci ilin sentyabrında Pakitanın Bəhreyndəki konsulu həbs edilən şəxslərlə görüşmək üçün həbsxanaya gedəndə məlum olub ki, onlar Pakistan xarici pasportlarına sahib iranlılardır. Bundan sonra Pakistan xüsusi xidmət orqanları bəzi iranlıların saxta Pakistan pasportlarına sahib olduğu barədə bütün hava limanlarına məlumat verərək, əlaqəli qurumları diqqətli olmağa çağırıb. Bundan sonra 13 dekabr tarixində Turbat beynəlxalq hava limanında eniş edən Bəhreyndən gələn təyyarədə olan 7 Sepah üzvü həbs edilib.

 

Cari ilin 23 avqust tarixində Bəhreyn də məlumat yayaraq, bu ölkəyə saxta pasportlarla daxil olan 14 iranlının xüsusi xidmət orqanları tərəfindən həbs edildiyini bildirmişdi. Məlumatda İran vətəndaşlarının Asiya dövlətlərinə məxsus saxta xarici pasportlarla Bəhreynə daxil olmağa çalışdıqları bildirilirdi.

 

Qeyd edək ki, İran İslam İnqilabı Korpusu (Sepah-red) xarici ölkələrdə kəşfiyyat- təxribat əməliyyatlarını həyata keçirmək üçün saxta xarici pasportlardan istifadə edir. Bu pasportlar Sepahın “Misaq briqadası” tərəfindən hazırlanaraq, Sepah və Qüds briqadası üzvlərinə verilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar