SON XƏBƏRLƏR

Pakistanda “Talibanın atası” ləqəbli Sami al-Xak öldürülüb

2021.10.20, 07:36
Pakistanda “Talibanın atası” ləqəbli Sami al-Xak öldürülüb

Gunaz.tv

GünAz TV: Pakistanın şimalında ölkə Senatının sabiq üzvü, “Talibanın atası” ləqəbli Sami al-Xak öldürülüb.

 

Mediada yayılan məlumata görə, Sami al-Xak cümə günü Ravalpindi şəhərindəki evində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Evə hücum edənlərin şəxsiyyətləri barədə hələlik heç bir məlumat yoxdur. Araşdırma aparılır.

 

Sami al-Xak “Taliban” hərəkatının banisi Məhəmməd Umarla yaxın əlaqələri olan şəxs kimi tanınırdı.

 

Sami al-Xak məşhur “Haqqaniyə” mədrəsəsinin rəhbəri olub. Pişəvər yaxınlığında fəaliyyət göstərən dini məktəb Taliban hərəkatının ərsəyə gəlməsində mühüm rol oynayıb. 1990-cı illərin əvvələrindən başlayaraq Taliban liderlərinin bir çoxu bu mədrəsənin məzunları olub.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar