SON XƏBƏRLƏR

Pakistanda zəngin neft yataqları aşkar edilib

2021.10.20, 07:36
Pakistanda zəngin neft yataqları aşkar edilib

Gunaz.tv

GünAz TV: Pakistanın Baş naziri İmran Xan bildirib ki, Pakistanda kəşf edilən zəngin neft yataqları təkcə ölkənin özü üçün deyil, həmçinin Cənubi Asiya və Çin üçün də böyük əhəmiyyət kəsb edir.

 

AZƏRTAC Pakistanın "Dawn” portalına istinadla xəbər verir ki, "Exxon Mobil” və ENI şirkətlərinin yanvar ayından bəri apardıqları kəşfiyyat işləri öz müsbət nəticələrini verib. Kəşf olunan zəngin xam neft ehtiyatları sayəsində tezliklə Pakistana xarici sərmayələrin cəlb olunacağı gözlənilir. Ölkəsi üçün bu əlamətdar hadisə ilə bağlı çıxış edən Baş nazir İmran Xan bildirib ki, kəşfiyyat aparılan ərazilərdə "çox böyük neft ehtiyatlarının olduğu ehtimal edilir” və artıq bir neçə iri şirkət neft hasilatı ilə bağlı layihələrdə iştirak etmək istəyir. Onun sözlərinə görə, Pakistanda kəşf olunan zəngin neft yataqları ölkə iqtisadiyyatının inkişafına töhfə olacaq.

 

Artıq Çin enerji sahəsində Pakistanla əməkdaşlığı genişləndirmək istədiyini bəyan edib. Ekspertlər bildirirlər ki, zəngin neft yataqları Çin şirkətlərinin bu ölkəyə axınını təmin edəcək. Bundan başqa, Pakistan Səudiyyə Ərəbistanı ilə də energetika sahəsində yeni layihələr həyata keçirəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar