SON XƏBƏRLƏR

Pakistanlı hüquqçü Cavid Rəhman, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi təyin edilib

2021.10.20, 07:36
Pakistanlı hüquqçü Cavid Rəhman, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi təyin edilib

Gunaz.tv

GünAzTV: Pakistanlı hüquqçu Cavid Rəhman BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

 

Həm Pakistan, həm də Böyük Britaniya vətəndaşı olan 51 yaşlı hüquqşünas Cavid Rəhman, BMT İnsan Hüquqları Şurasının iyulun 6-da Cenevrədə keçirilən 38-ci sessiyasında bu vəzifəyə təyin edilib. Hazırda Londonun Brunel Universitetinin müəllimi olan hüquq müdafiəçisi Cavid Rəhman, dinlərin azadlığı, insan hüquqları üzrə dünya qanunları, eləcə də islam qanunlarının bununla bağlı mövqeyi barədə araşdırmalar aparıb.

 

O, həmçinin azlıqların hüquqları, işgəncəyə qarşı qadağa, terrorizmə və radikal islam qanunlarına qarşı mübarizə sahələrində BMT-nin azlıqların hüquqları ilə bağlı işçi qrupu ilə əməkdaşlıq edərək, müşavir qismində fəaliyyət göstərib.

 

Qeyd edək ki, BMT-nin İranda insan hüquqları üzrə əvvəlki xüsusi nümayəndələri Əhməd Şəhid və bir neçə ay əvvəl qəflətən vəfat edən Asimə Cahangir, bundan əvvəl İrana gedib siyasi məhbuslar və hüquq müdafiəçiləri ilə görüşmək, ölkədə insan hüquqları ilə bağlı durumla yaxından tanış olmaq istəsələr də, rəsmi Tehran buna icazə verməyib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar