SON XƏBƏRLƏR

Panfarsistlər “Azərbaycan Respublikası”nın “Şimali Azərbaycan” adlandırılması ideyasını dəstəkləyən millət vəkilini hədəfə alıb

2021.10.20, 07:36
Panfarsistlər “Azərbaycan Respublikası”nın “Şimali Azərbaycan” adlandırılması ideyasını dəstəkləyən millət vəkilini hədəfə alıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa “Azərbaycan Respublikası”nın “Şimali Azərbaycan” adlandırılması ideyasını dəstəklədiyi üçün panfarsistlərin qəzəbinə tuş gəlib.

 

Məlumata görə, çox sayda paniranist azərbaycanlı millət vəkilinin İnstaqram səhifəsində onun və Azərbaycanın ünvanına bir çox söyüş və təhqiramiz ifadələr yazıblar.


Millət vəkilinin mövqeyinə söyüşlə cavab verən paniranistlər azərbaycanlı internet istifadəçilərinin etirazı ilə qarşılanıb. Soydaşlarımız müxtəlif komentlər yazaraq millət vəkilinin mövqeyini dəstəkləyib, Azərbaycan Respublikasının Şimali Azərbaycan adlandırılmasının məqsədə uyğun olduğunu bildiriblər.

 

Azərbaycanlılar komentlərini türk dilində yazıb, yorumlarını əksər halda Azərbaycan bayrağı ilə birlikdə dərc ediblər.

 

Son vaxtlar “Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət Güney Azərbaycana dəstək vermək məqsədi ilə Azərbaycan Respublikasının Şimali Azərbaycan adlandırılması ideyasını gündəmə gətirib. Fazil Mustafa və digər bir neçə tanınmış siyasətçi gündəmdə olan ideyaya dəstək verdiklərini açıqlayıblar.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar