SON XƏBƏRLƏR

Panfarsistlər azərbaycanlı millət vəkili Zəhra Sainin ünvanına söyüş yağdırıblar

2021.10.20, 07:36
Panfarsistlər azərbaycanlı millət vəkili Zəhra Sainin ünvanına söyüş yağdırıblar

Gunaz.tv

GünAz TV: Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Zəhra Sai İnstaqram səhifəsində fars irqçilərinin hücumuna məruz qalıb.

 

İrqçilər millət vəkili İnstaqram səhifəsində “Türk” sözü yazdığı üçün onu hədəfə alıb.

 

Türklərin İranda mövcudluğunu inkar edən irqçilər “Türk” sözündən qəzəblənərək xanım millət vəkilinin ünvanına söyüş yağdırıblar.

 

Zəhra Sai oktyabrın 22-də İnstaqram səhifəsində post paylaşaraq Basmenc şəhəri sakini olan azərbaycan güləşçi Pərviz Hadinin Macaristanda keçirilən Dünya Güləş Çempionatında bürünc medal qazanmasını təbrik etmişdir.

“Xoşbəxtlikdən qeyrətli türk güləşçi Pərviz Hadi Azərbaycana daha bir uğur gətirib. O Dünya Güləş Çempionatında bürünc medal qazanıb, hansı ki, qızıl medaldan heç də az deyil. Pəhləvanın qeyrətinə salam olsun”- deyə o səhifəsində qeyd edib.

 

“Türk” sözünü millət vəkilinin səhifəsində görən fars irqçiləri həmən ona və Azərbaycana qarşı hücuma keçiblər. Hazırda Zəhra Sainin İnstaqram səhifəsi irqçilərin Azərbaycana qarşı təhqir məkanına çevrilib.

 

Fars irqçilərinin bu kimi təhqirləri yeni hadisə deyil. Onlar müxtəlif bəhanələrlə türk milləti, azərbaycanlı şəxsiyyətlər və hətta bəzən UNESCO kimi beynəlxalq təşkilatları hücuma məruz qoyaraq onların ünvanına etikadan kənar söyüş və təqiramiz ifadələr yazırlar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar