SON XƏBƏRLƏR

Panfarsistlərin məlum televiziyasında Güney Azərbaycan və qonşu türk ölkələrinin əleyhinə GÖRÜNTÜ

2021.10.20, 07:36
Panfarsistlərin məlum televiziyasında Güney Azərbaycan və qonşu türk ölkələrinin əleyhinə GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Panfarsistlərin xaricdə fəaliyyət göstərən “Iran International” telekanalı Güney Azərbaycan və qonşu türk ölkələrinin ərazi bütövlüyünü sual altına alan görüntü yayıb.

 

Telekanal hətta radikal kürdləri Güney Azərbaycanın əleyhinə qaldırmağa təhrik etməkdən çəkinmir. Bu hadisə sosial şəbəkələrdə soydaşlarımızın kəskin etirazına səbəb olub.

 

Şəkildə göründüyü kimi, sözügedən görüntü İran Kürdistan Demokrat Partiyasının rəhbər şəxslərindən birinin dəvət olunduğu verilişdə ekranda müşahidə olunub. Həmin şəxs xəyali böyük Kürdistan bayrağının önündə oturub. Bayraq Güney və Quzey Azərbaycan, Türkiyə, İraq, Suriya və hətta Gürcüstanın da bir hissəsini əhatə edir.

 

 

Panfarsizm ideyalarını təbliğ edən kanalların hamısı bölgədəki türk millətinin milli mənafeyinin əleyhinə fəaliyyət göstərir. İran rejiminə tərəfdar və ya müxalif olmalarına baxmayaraq onların Azərbaycan və türk millətinə qarşı mövqeləri dəyişmir. “Iran International” telekanalı həmin kütləvi informasiya vasitələrindən biridir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar