Paniranistlərin təqziyi ilə “Manna çarlığının türk olması” ilə bağlı xəbər saytlardan silinib – GÖRÜNTÜ

20.05.2019, 06:10

GünAz TV: Pariranistlərin təzyiqi ilə Ərdəbildə Manna çarlığı dövrünə aid gümüş qədəhin təqdimi ilə bağlı mərasim ləğv edilib, bu istiqamətdə çarlığın türk olması  ilə əlaqədar xəbər də saytlardan silinib.

 

Ötən günlərdə Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahi 18 May – Beynəlxalq Muzeylər Günündə Ərdəbildə Manna çarlığı dövrünə aid 3 min illik qədəhin nümayiş etdiriləcəyini açıqlayıb. Gümüş qədəh bir müddət əvvəl daha 400 tarixi əşya ilə birlikdə Güney Azərbaycanın xalxal şəhərində tapılıb.

 

“Manna çarlığı türk dövləti olub. Bu quruluş təxminən 1000-700 il eradan əvvəl bugünkü İranın şimal-qərbində hökm sürüb. Xalxal şəhəri Manna çarlığının bir hissəsi olub.”- deyə Mədəni İrs Təşkilatının rəisi qeyd etmişdir.

 

Nadir Fəllahinin Manna çarlığını haqlı olaraq türk dövləti adlandırması İranda anti-türk qüvvələri qəzəbləndirib, onlar Mədəni İrs Təşkilatının rəisi və xəbəri işıqlandıran mətbuat orqanlarına müxtəlif yollarla təzyiq etməyə başlayıblar.

 

Təzyiqlər nəticəsində artıq əksər xəbər agentlikləri bu barədə yaydıqları xəbəri saytdan silib və ya xəbərin məzmununu təhrif edərək çarlığın türk dövləti olduğuna dair deyilən cümləni senzura ediblər. Hazırda xəbəri yalnız “Ariya” və “Borna” agentliklərində görmək mümkündür, lakin həmin agentliklərin bu barədə verəcəkləri qərar gələcək günlərdə məlum olacaq.

 

 

 

Təhlükəsizlik orqanlarının təzyiqi ilə üzləşən Ərdəbil Mədəni İrs Təşkilatının rəsmi saytı isə mövzu ilə bağlı açıqlama yayaraq yayılan xəbəri təmami ilə təkzib edib. Nə qədər inanılmaz olsa da qeyd olunub ki, sistemin əleyhinə olan kütləvi informasiya vasitələri bu xəbərdən sui-istifadə ediblər, Mədəni irs Təşkilatının rəisi bu mövzu ilə bağlı hərhansı açıqlama verdiyini təkzib edir.

 

“Miras Ariya” agentliyi də sözügedən xəbəri öz saytından silib, lakin Google-da axtarış verilən zaman xəbərin başlığı görünür.

 

 

Güney azərbaycanlıların 2006-cı il hadisələrinin (Milli Qiyam) ildönümü tədbirlərinə hazırlaşdığı bir vaxtda belə bir hadisənin baş verməsi soydaşlarımızın geniş etirazı ilə qarşılanıb.

 

Qeyd edək ki, İran mənbələrində türklərin tarix və mədəniyyəti təhrif edilib, paniranistlər türklərin islamdan əvvəl Azərbaycan və ya bugünkü İran coğrafiyasında yaşadığını inkar edir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmu-Tehran qatarında yanğın: Sərnişinlər təxliyyə edildi

2022-01-25

gun az article

İran hakimiyyyəti daxilində qarşıdurma: Ərdəbilin cümə imamı daxili işlər nazirini hədəfə aldı

2022-01-25

gun az article

Ərdəbildə aksiya: Təqaüdçü müəllimlər etiraza başladı

2022-01-25

gun az article

Məzuniyyət müddəti bitən milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2022-01-25

gun az article

Siyasi məhbus Abbas Lisani Ədliyyə Tibb Mərkəzinə göndərilib

2022-01-25

gun az article

Qaşqaylarla hökumət qüvvələri arasında toqquşma baş verib

2022-01-24

gun az article

Ərdəbildə güclü qar ciddi fəsadlar törədib-Məktəblər bağlanıb-VİDEO

2022-01-24

gun az article

Şərqi Azərbaycan əyalətinin valisi Azərbaycan Respublikasına səfər edib

2022-01-24

gun az article

Sərəskənddə çörək qıtlığı yaşanır

2022-01-24

gun az article

Sabiq SEPAH komandiri Davud Abbasi Mərəndin fərmandarı təyin edilib

2022-01-24

gun az article

Təbrizdə Azərbaycan milli geyimləri sərgisinin davam etməsinə icazə verilməyib-FOTOLAR

2022-01-24

gun az article

İranda Şəhər Şurasının keçmiş sədri güllələnib

2022-01-24

gun az article

Təqaüdçülər Təbrizdə etiraz aksiyası keçirib-VİDEO

2022-01-24

gun az article

Antalya idmançılarının "Traxtur" paylaşımı Güney Azərbaycanda maraqla qarşılanıb-FOTOLAR

2022-01-24

gun az article

Təbrizdə məktəblər bağlandı-Son zəlzələdən sonra bir sıra məktəb binalarında çatlar əmələ gəlib

2022-01-24

gun az article

Təbriz İES-də yenidən mazutdan istifadəyə başlanılması etirazlara səbəb olub

2022-01-24

gun az article

Təbrizdə zəlzələ baş verib

2022-01-23

gun az article

Milli fəal Məhəmməd Eyni Rəşt şəhərinin təhlükəsizlik idarəsinə çağırılıb

2022-01-23

gun az article

Təbrizli ailə 4 illik mübarizədən sonra övladları “Ataxan”a şəxsiyyət vəsiqəsi ala bilib

2022-01-23

gun az article

Muğanın millət vəkilinin korrupsiya əməllərini ifşa edən sosial media fəalı şallaqlanıb

2022-01-22