Pantaqon: “Sepah”ın dəniz qüvvələrinin fəaliyyətindən narahat olduğumuzu rəsmi Tehrana çatdırmışıq”

2021-05-04 12:54

Amerika Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi mayın 3-də mediaya açıqlamasında “Sepah” terror təşkilatının sürət qayıqlarının vaxtaşırı İran körfəzində Amerika gəmilərinə qarşı provakativ hərəkətlərindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

 İranla ABŞ qüvvələri arasında həmişə gəmidən gəmiyə rabitə xəttinin mövcud olduğunu bildirən Kirbi deyib ki, Vaşinqton “Sepah”ın sürət qayıqlarının Amerika gəmilərinə qarşı provakativ və təxribat xarakterli hərəkətlərindən narahat olduğunu çatdırıb.


“Lakin bu kimi hallarda əsl və real təhlükə, hesablama səhvlərinə yol verilmə ehtimalıdır. Biz Amerika hökuməti olaraq diplomatik kanallardan istifadə edərək, “Sepah”ın dəniz qüvvələrinin bu kimi hərəkətlərindən nigaran olduğumuzu İrana bildirmişik və bunu gələcəkdə də davam etdirəcəyik. 


Hamımz yaxşı bilirik ki, “Sepah”ın dəniz qüvvələri İran hökumətinin dəniz qüvvələri deyil və bu kimi hallarda İran ordusunun dəniz qüvvələrinin qarşı tərəflə necə rabitə yaratmaq qaydalarına da riayət etmir, qeyri-peşəkar və provakativ hərəkətlər edir.


Bizim İranda diplomatik varlığımız və fəaliyyətimiz olmasa da, diplomatik kanallarımız var və həmin diplomatik kanallar vasitəsilə öz nigaranlığımızı rəsmi Tehrana çatdırırıq”, -deyə Pentaqon sözçüsü sözçüsü Con Kirbi bildirib.


Xatırladaq ki, ABŞ-ın İran körfəzindəki “USS Firebolt” hərbi gəmisi, aprelin 26-da körfəz sularında provakativ addım ataraq ona yaxınlaşan “Sepah” terror təşkilatının sürət qayıqlarına qarşı xəbərdarlıq atəşi açıb.

 
Bu barədə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının sözçüsü Rebeka Ribarç məlumat yayıb.


“Sepah” qayıqlarının ptovakativ hərəkətini görən Amerikan dəniz  qüvvələri onlarla əlaqə yaradaraq, hər hansı bir xoşagəlməz insident və təhlükənin baş verməsi ehtimalını minimuma endirmək üçün lazımı tədbirləri yerinə yetirdilər. Lakin “Sepah” qayıqları bütün xəbərdarlıqlara məhəl qoymayaraq, Amerika gəmisinin təxminən 62 metrliyinə qədər yaxınlaşdılar. Nəticədə, “USS Firebolt” gəmisi onlara xəbərdarlıq atəşi açmaq məcburiyyətində qaldı. 


Məhz xəbərdarlıq atəşi edildikdən sonra “Sepah” qayıqları məsafəni qoruyaraq geri çəkilməyə və ABŞ gəmisindən uzaqlaşmağa başladılar” -deyə ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci donanmasının sözçüsü Rebeka Ribarç bildirib. 

ماجرای «یورش فوجی» قایق‌های سپاه به ناوگروه آبراهام لینکلن آمریکا + عکس و  فیلم

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15

gun az article

İranda koronavirusdan daha 200 nəfər dünyasını dəyişib, 7 723 nəfər xəstəliyə yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-15

gun az article

Baş Konsulluqdan ABŞ-dakı azərbaycanlılara XƏBƏRDARLIQ

2021-05-15

gun az article

Gənc əsgərlər and içdilər - FOTOLAR

2021-05-15

gun az article

Azərbaycan Hərbi Hava Qüvvələrində təlim-məşq uçuşları BAŞLADI

2021-05-15