SON XƏBƏRLƏR

PARAD (Şəkillər)

2021.10.20, 07:36
PARAD (Şəkillər)

Gunaz.tv
PARAD (Şəkillər) SİLAHLI QÜVVƏLƏRİN YARADILMASININ 90 İLLİYİ MÜNASİBƏTİLƏ HƏRBİ PARAD KEÇİRİLİB - [15 foto] Bu gün Bakı şəhərinin Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi münasibətilə hərbi parad keçirilib. Parad saat 12.00-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzəsi ilə başlayıb. APA-nın məlumatına görə bunun ardınca Müdafiə Nazirliyinin hərbi orkestri Azərbaycanın dövlət himnini səsləndirib, hərbçilər himni canlı ifa ediblər. Sonra Azərbaycan prezidenti İ. Əliyev çıxış edərək, Silahlı Qüvvələr quruculuğunda son illər görülən işlərdən danışıb. Prezident ordu quruculuğu sahəsində uğurlar əldə edildiyini, hər il dövlət büdcəsindən ölkənin müdafiə sektoruna yönəldilən vəsaitlərin həcminin artırıldığını vurğulayıb. Daha sonra hərbi orkestrin ifa etdiyi marş sədaları altında Silahlı Qüvvələrin bölmələri tribunanın önündən keçiblər. Meydana gətirilən dövlət bayrağının ardınca Azərbaycan Xalq Cümhuriyyəti ordusunun geyimində və silahları ilə silahlanmış bölmələr, daha sonra hərbi təhsil müəssisələrinin - C. Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin müdavimləri, ordu birləşmələrinin, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Qvardiya, FHN-in Mülki Müdafiə Qoşunları, Daxili Qoşunların bölmələri, dəniz piyadaları və xüsusi təyinatlı birləşmələrin əsgərləri keçid ediblər. Eyni zamanda Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ” və “Su” markalı döyüş təyyarələri, “Mi-6”, “Mi-8” və “Mi-24” markalı vertolyotları Bakı səmasında müxtəlif pilotaj uçuşları yerinə yetirib, səmada Azərbaycanın dövlət bayrağını cızıblar. Piyadaların ardınca Silahlı Qüvvələrin müxtəlif texnikaları, pilotsuz uçan aparatlar, qoşqulu və özüyeriyən artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri, piyadaların döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri və tanklar keçid edib, gəmilər isə dənizdən parada dəstək verib. Qeyd edək ki, hərbi parada Azərbaycan Silahlı Qüvvələrinin 4510 nəfərdən ibarət şəxsi heyəti, 210 modernləşdirilmiş döyüş texnikası, 19 vertolyot, 25 döyüş təyyarəsi, 31 gəmi və kater cəlb olunub. Onu da əlavə edək ki, bu, Azərbaycan Silahlı Qüvvələrinin tarixində üçüncü hərbi paraddır. İlk hərbi parad 1919-cu il mayın 28-də indiki Xalça Muzeyinin yerləşdiyi ərazidə, ikinci parad 1992-ci il oktyabrın 9-da Azadlıq meydanında keçirilib. İlk hərbi paradı hərbi nazir, general Səmədbəy Mehmandarov, ikinci paradı Rəhim Qazıyev təqdim edib. afherbii-1.jpg afherbii-2.jpg afherbii-3.jpg afherbii-4.jpg afherbii-5.jpg afherbii-6.jpg afherbii-7.jpg afherbii-8.jpg afherbii-9.jpg afherbii-10.jpg afherbii-11.jpg afherbii-12.jpg afherbii-13.jpg afherbii-14.jpg afherbii-15.jpg «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar