SON XƏBƏRLƏR

Parsabadda bu münasibətlə festival keçiriləcək - Ərdəbil Əyalətində

2021.10.20, 07:36
Parsabadda bu münasibətlə festival keçiriləcək - Ərdəbil Əyalətində

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətinin Parsabad şəhərində Muğan xalçasının (verni) YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi münasibəti ilə festival keçiriləcək.


Bu barədə Ərdəbil Əyaləti Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəsmisi Nasir Mahmudi mətbuata məlumat verib.


O bildirib ki, festival gələn il (İranda yeni il Novruz bayramında başlayır) Parsabad şəhərində geniş şəkildə təşkil olunacaq.


Nasir Mahmudi qeyd edib ki, Muğan xalçasına beynəlxalq coğrafi nişan verildikdən sonra festivalın keçiriləcəyi barədə qərar verilib.


Ərdəbil Əyaləti Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəsmisi festivalda bölgədə istehsal olunan əl işlərinin tanıtdırılmasına yaxşı fürsət yaranacağını qeyd edib.
“Ölkədə istehsal olunan əl işlərinin yarıdan çoxu Ərdəbildə də istehsal olunur. Muğan bölgəsində istehsal olunan əl işləri, xüsusi ilə də darı toxumaları çox qiymətli məhsullardır. Keçiriləcək festivalda bu məhsulların tanıtdırılmasına şərait yaranacaq.”- deyə Nasir Mahmudi əlavə edib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar