SON XƏBƏRLƏR

Partladılmış dəmiryolu bərpa olunub

2021.10.20, 07:36
Partladılmış dəmiryolu bərpa olunub

Gunaz.tv
Partladılmış dəmiryolu bərpa olunub nn004mca.gif Sistern vaqonlarda daşınan neftin 600 tonu əraziyə dağılıb, 116 tonunu isə xilas etmək mümkün olub Gürcüstanın Qori şəhərinin Skra kəndi ərazisində dislokasiya olunan hərbi bazada baş vermiş partlayış nəticəsində sıradan çıxmış dəmir yolu ilə hərəkət bərpa edilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDY) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. «Partlayış nəticəsində yaxınlıqdakı neft məhsulları ilə dolu qatarda yanğın baş verib. Hadisə nəticəsində 34 sistern vaqondan ibarət olan qatarın 14 sisterni zərər çəkib, onlardan da 2-ni yüklə birlikdə xilas etmək mümkün olub. Qalan 20 vaqonu təhlükəsiz yerə çəkmək mümkün olub», - deyə N.Əzməmmədov bildirib. N.Əzməmmədov həmçinin qeyd edib ki, hazırda Gürcüstan tərəfi dəymiş ziyanı hesablayır. İlkin hesablamalara görə, sistern vaqonlarda daşınan neftin 600 tonu əraziyə dağılıb, 116 tonunu isə xilas etmək mümkün olub. Qeyd edək ki, yanan çənlərdəki xammal Qazaxıstana məxsusdur və Azərbaycanın Xəzər sahilində yerləşən Dübəndi terminalında sistern vaqonlara doldurularaq Potiyə yola salınıb. Vaqonlar Azərbaycanın «Azpetrol» neft şirkətinə məxsus olsa da, onlar Gürcüstan Milli Neft Korporasiyasına icarəyə verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar