SON XƏBƏRLƏR

“Pas”la görüşdə “Traxtur”u müşayiət etmək istəyən komanda tərəfdarları üçün xüsusi təyyarə təşkil olunub

2021.10.20, 07:36
“Pas”la görüşdə “Traxtur”u müşayiət etmək istəyən komanda tərəfdarları üçün xüsusi təyyarə təşkil olunub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarları “Pas”la görüşdə doğma komandanı müşayiət etmək üçün rahat şəkildə Həmədana gedə biləcəklər.

 

“Traxtur” klubunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin açıqlamasına görə, komanda tərəfdarlarının görüşün keçiriləcəyi şəhərə getməsi üçün xüsusi təyyarə nəzərdə tutulub. Onlar 5712 nömrəli reyslə uçan təyyarə ilə sentyabrın 28-də Həmədana gedib, bir gün sonra isə 5713 nömrəli reyslə Təbrizə qayıda biləcəklər.

 

“Ata” Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsinin gediş-gəliş biletinin qiyməti 690 min tüməndir.

 

İran kuboku çərçivəsində keçiriləcək “Traxtur”-“Pas” görüşü sentyabrın 29-u Təbriz vaxtı ilə saat 15:15-də Hacı Babayi stadionunda baş tutacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar