“İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdən sonra bu ölkədə yeni bir siyasi mərhələ başlayacaq.
Gunaz.tv
Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması mümkündür.
Əgər N.Paşinyan hakimiyyətdə qalacaqsa, Azərbaycanla əlaqələri hansı istiqamətdə quracağı Ermənistanda əsas müzakirə predmeti olaraq qalır. Buraya ilk növbədə Azərbaycanla əlaqələrin normallaşdırılması və birgə Bəyannamədən irəli gələn şərtlərin yerinə yetirilməsidir”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanda aralıq bir dövr yaşanır: “Baş nazir Nikol Paşinyan seçkilərdə qələbəsini təmin etmək və daxili siyasi qüvvələri özünə qarşı neytrallaşdırmaq üçün gedişlər edir.
Məhz bu fonda Azərbaycanla kommunikasiyalarin açılması və Qarabağla bağlı təxribatçı ritorikaya əl atması mümkündür. Halbuki, 10 noyabr Birgə Bəyannaməsində nə status məsələsi, nə də “Dağlıq Qarabağ” termini var.
Paşinyanın bu səpkidə aciqlamaları daxili auditoriyaya hesablansa da, seçkidən sonra addımları atması gözlənilmir. Ona görə də imza atılan Bəyannamə atəskəs və sülhə aparan bir yol xəritəsidir. Ermənistanın bu Bəyanamədən çıxması gözlənilmir”.
Politoloq hesab edir ki, Ermənistan Qarabağda ermənilərin separatçı fəaliyyətinin dəstəklənməsinə son qoymalıdır: “Bunu Azərbaycan Ermənistandan tələb etməlidir.
Əgər, Ermənistan tərəfi seçkilərdən sonra, Türkiyə və Azərbaycanla əlaqələrin bərpasını irəli sürəcəksə, rəsmi Bakı İrəvandan bir neçə şərtə əməl olunmasını tələb etməlidir.
Birinci, Azərbaycan ərazisində erməni separatçılarını dəstəkləməməlidir. İkinci, Ermənistan öz ərazisindən xarici ölkə rəsmilərinin və nümayəndə heyətlərinin Qarabağa girişinə şərait yaratmamalıdır. Üçüncü, "Artsax Respublikasi" adı ilə beynəlxalq müstəvidə təbliğata son verməlidir”.
Ayxan Turan