SON XƏBƏRLƏR

“Paytaxt Əbdülhəmid” serialında Güney Azərbaycanın adı çəkilib – VİDEO

2021.10.20, 07:36
“Paytaxt Əbdülhəmid” serialında Güney Azərbaycanın adı çəkilib – VİDEO

Gunaz.tv

GünAz TV: Türkiyənin dövlət telekanalında yayımlanan “Paytaxt Əbdülhəmid” serialında Azərbaycanın güney və quzeyi, həmçinin Təbriz və Bakı şəhərlərinin adı çəkilib.

 

Son vaxtlar olduqca çox tərəfdar qazanan serial qardaş ölkənin TRT 1 Telekanalından yayılır. Serial müxtəlif dillər, xüsusi ilə də ərəb dilinə tərcümə edilir və gün keçdikcə yeni tərəfdarlar qazanır.

 

Anadolu agentliyinin bundan əvvəl yaydığı məlumatına əsasən, Osmanlı sultanı II Əbdülhəmidin nəvələrindən olan Orhan Osmanoğlu “Paytaxt Əbdülhəmid” serialının ərəb ölkələrində ən çox izlənilən seriallar arasında olduğunu bildirib.

 

Serialın mayın 18-də yayımlanan bölümündə aktyorlar arasında gedən bir dialoqda Güney və Quzey Azərbaycan, həmçinin Təbriz və Bakı şəhərlərinin adı çəkilib, onların vəziyyəti haqda söhbət gedib.

 

https://www.youtube.com/watch?time_continue=150&v=CNCyl2YKV6Q

 

“Paytaxt Əbdülhəmid” serialında 1896-cı ildən sonrakı tarixi hadisələr və sultan Əbdülhəmidin hökmranlığının 20-ci ili təsvir edilir... .

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar