SON XƏBƏRLƏR

Pentaqon: “Amerika İranla müharibə tərəfdarı deyil, lakin öz qüvvələrini qorumağa tam hazırdır”

2021.10.20, 07:36
Pentaqon: “Amerika İranla müharibə tərəfdarı deyil, lakin öz qüvvələrini qorumağa tam hazırdır”

Gunaz.tv

GünazTV: Amerikanın Müdafiə Nazirliyi “Pentaqon” iyunun 19-da bəyanat yayaraq, Orta Şərq regionuna yeni hərbi qüvvələrin göndərilməsindən xəbər verərək, İranla mümkün savaşa  münasibət bildirib.

 

Bəyanatda Orta Şərqə min nəfərdən ibarət yeni hərbi qüvvənin göndərilməsinə toxunaraq, bildirilir ki, Amerika İranla hər hansı bir hərbi qarşıdurma yaranmasını istəmir: “Amerika Birləşmiş Ştatları İranla müharibə tərəfdarı deyil, lakin özünün məntəqədəki qüvvələrini və regional mənafeyini qorumağa  tam hazırdır. Orta Şərqə yeni hərbi qüvvələrin göndərilməsi isə, Amerikanın milli mənafeyini qorumaq məqsədi ilə məntəqədə olan amerikalı əsgərlərin sağlamlığının və onların  təhlükəsizliyinin təmin olunmasından əmin olmaq üçündür.

 

Bölgəyə ezam edilən yeni qüvvələrlə yanaşı, regiona həm də “Patriot” müdafiə sistemi, pilotlu və pilotsuz kəşfiyyat təyyarələri, eləcə də digər qabaqlayıcı hərbi avadanlıqlar göndəriləcək” –deyə bəyanatda bildirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar