SON XƏBƏRLƏR

Pentaqon: İŞİD bir ildən az müddətdə Suriyada ərazi işğallarını bərpa edə bilər

2021.10.20, 07:36
Pentaqon: İŞİD bir ildən az müddətdə Suriyada ərazi işğallarını bərpa edə bilər

Gunaz.tv

GünAz TV: İŞİD terror qruplaşması hərbi təzyiq olmayacağı təqdirdə bir ildən az müddət ərzində Suriyada ərazi işğalını bərpa edə biləcək vəziyyətdədir.

 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonda hazırlanmış hesabata istinadən NBC telekanalı məlumat yayıb.

 

"Sarsılsaz qətiyyətlilik" əməliyyatının gedişatı barədə rüblük sənəd Amerika hərbçiləri, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hökumət təşkilatları və açıq mənbələrin məlumatları əsasında Pentaqonda baş müfəttiş ofisi tərəfindən tərtib olunub.

 

Hesabata əsasən, İŞİD terrorçuları Suriyanın bəzi rayonlarında hakimiyyətin boşluğu şəraitində "xilafəti fiziki şəkildə" bərpa etməyə çalışırlar. Həmçinin hərbi təzyiq olmayacağı təqdirdə bunun üçün onlara 6 aydan 12 ayadək vaxt lazım olduğu sənəddə vurğulanır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar