SON XƏBƏRLƏR

Pərisa Rəfii barəsində çıxarılan 7 il həbs və 74 şallaq zərbəsi hökmü təsdiqlənib

2021.10.20, 07:36
Pərisa Rəfii barəsində çıxarılan 7 il həbs və 74 şallaq zərbəsi hökmü təsdiqlənib

Gunaz.tv

GünAz TV: Tehran Apellyasiya Məhkəməsi şikayətə baxmadan Tehran Universitetinin azərbaycanlı öyrəncisi Pərisa Rəfii barəsində çıxarılan ağır məhkəmə hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Zəncanlı öyrənci fəal bundan əvvəl məhkəmə tərəfindən 7 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Bundan əlavə, məhkəmə öyrəncinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum edib.

 

Pərisa Rəfiinin apellyasiya məhkəməsi iyulun 2-də Tehran İnqilab Məhkəməsinin 36-cı şöbəsində keçirilməli idi, lakin bu baş vermədi. Azərbaycanlı öyrənci məhkəməyə müraciət etdiyi zaman ona bildirilmişdir ki, “məhkəmə sisteminin rəisinin icazəsi ilə apellasiya məhkəməsi təşkil olunmayacaq. Bu barədə qiyabi olaraq hökm çıxarılacaq.”

 

Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetində mədəni və qanuni fəaliyətlərlə məşğul olub.

 

Zəncanlı öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Təhlükəsizlik Bölümünün məmurları tərəfindən tutulub. 23 gün naməlum məkanda təknəfərlik kamerada saxlanılan gənc qız bu müddətdə ağır ruhi və cismi işgəncələrə məruz qalıb.

 

Ailəsi onunla bağlı səlahiyyətli orqanlara müraciət ediyi zaman onlara bildirilmişdir ki, Pərisa əməkdaşlıq etmədiyi üçün onun hüquqları əmin olunmayacaq.

 

Azərbaycanlı öyrəncinin vəkili Səid Xəlili də bundan əvvəl fəala qarşı irəli sürülən ittihamların doğru olmadığını açıqlamışdır. “21 yaşı öyrənciyə qarşı çox ağır ittihamlar irəli sürülüb, lakin bu ittihamları sübut edəcək heç bir dəlil və sənəd yoxdur.”- deyə o vurğulamışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar