SON XƏBƏRLƏR

“Perspolis”i izlərkən “Traxtur”u dəstəkləyən azərbaycanlı şagirdlərin VİDEOSU

2021.10.20, 07:36
“Perspolis”i izlərkən “Traxtur”u dəstəkləyən azərbaycanlı şagirdlərin VİDEOSU

Gunaz.tv

GünAz TV: İran rejimi nə qədər Tehranın “Perspolis” komandasını azərbaycanlı şagirdlərə sevdirməyə çalışsa da, bu əks nəticə verir.

 

Hökumətin qərarına əsasən, noyabrın 3-də Asiya Çempionlar Liqası çərçivəsində “Perspolis”lə Yaponiyanın “Kaşima Antlers” komandaları arasında keçirilən görüş məcburi olaraq bütün məktəblərdə yayımlanıb. Lakin nəticəsi rejimin düşündüyü kimi olmayıb.

 

Azərbaycanlı şagirdlər “Perspolis”in yarışını izlərkən Azərbaycanın “Traxtur” komandasına dəstək nümayiş etdiriblər.

 

https://www.youtube.com/watch?time_continue=3&v=cNLDVd1jR3g

 

 

Videoda göründüyü kimi türk məktəblilər ““İstiqlal”çı deyiləm, “Perspolis”çi deyiləm – And olsun Allaha, mən “Traxtur”u sevirəm...” şüarını səsləndirərək doğma komandalarını təşviq ediblər.

 

https://www.youtube.com/watch?time_continue=7&v=SqdxbH7sFss

 

 

Hətta bir çox məktəbdə şagirdlər İran rejiminin Azərbaycana qarşı apardığı irqçilik siyasətinə etiraz olaraq “Perspolis” komandasını deyil, Yaponiya təmsilçisini dəstəkləyiblər. Onlar “Kaşima Antlers” komandası qol vurduğu zaman sevinclərini gizlətməyiblər.

 

https://www.youtube.com/watch?time_continue=9&v=684WXtgjAbg

 

Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars irqçilərinin dəstək verdiyi əsas komandalardır. İranda qeyri-fars millətləri bu komandalara qarşı xüsisi həssaslıq göstərir. Dövlət bütün etirazlara baxmayaraq bu komandaları dəstəkləyir, onlara maliyyə yardımı göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar