SON XƏBƏRLƏR

Pərviz Pərəstuyi və Əmir Şəhab Rəzəviyanın Həmədanda tarixi binanın qorunub saxlanılması qayğısı...

2021.10.20, 07:36
Pərviz Pərəstuyi və Əmir Şəhab Rəzəviyanın Həmədanda tarixi binanın qorunub saxlanılması qayğısı...

Gunaz.tv

GünAz TV: Həmədanın incəsənət xadimləri, o cümlədən Pərviz Pərəstuyi və Əmir Şəhab Rəzəviyan, bu şəhərdə yerləşən “Nur Mahal” tarixi binanın qorunub saxlanılması üçün əllərindən gələni əsirgəmirlər.

 

Məlumata görə, adı çəkilən incəsənət xadimləri internetdə yaydıqları bir açıq məktubda tarixi binanın yanında tikinti işlərinin aparılmasına etiraz edərək Bələdiyyə İdarəsindən imarətə diqqət yetirməsini tələb ediblər.

 

“Nur Mahal” binası Qacar türkləri dövrünə aiddir və ölkənin milli siyahısında qeydə alınıb. Bu bina “Amerikalıların imarəti” adı ilə də tanınır. İmdad Komitəsi hazırda Bələdiyyə İdarəsinin ixtiyarında olan imarətin yanında 7 mərtəbəli əkiz binalar tikmək istəyir.

 

Mədəni İrsin qorunub saxlanılmasını tələb edən həmədanlı soydaşlarımızın fikrinə görə, yeni tikiləcək binalar “Nur Mahal” imarətini kölgədə qoyacaq, bununla yanaşı ərazidə qazıntı işləri aparıldığı zaman tarixi binaya ziyan dəyəcək.

 

Mətbuatda yayılan məlumata görə, artıq ərazidə tikinti işlərinə start verilib, lakin etirazlar səngimək bilmir. Çox sayda yerli əhali imza toplayaraq Həmədan Əyalətinin rəhbərliyinə müraciət edib və ərazidə tikinti işlərinin dayandırılmasını tələb ediblər.

 

Həmədan bələdiyyə başqanının Şəhərsalma işləri üzrə müavini isə tarixi binanı qorumaq yerinə iddia edib ki, “bu iki bina, tarixi imarətin yanında tikilir. Binalar imarətə hətta görünüş baxımından belə heç bir ziyan vurmayacaq.”

 

Hər millətin tarixi əsərləri, onun milli kimliyinin sənədi sayılır. Elə bu cəhətdən də İranın Mədəni İrs Təşkilatı Azərbaycan türk millətinin tarixi əsərlərini müxtəlif bəhanələrlə sıradan çıxarmağa çalışır. Ötən illərdə tarixi əsərlərin təxrib edilməsi faktına Təbrizin Ərk qalası, Marağa gümbəzləri, Marağanın tarixi hamamları, Təbrizin tarixi evləri, Əhərli Şeyx Şəhabəddinin Türbəsi, Urmiyənin “Doqquz Pillə” binası və s. kimi yerlərdə rast gəlinib. Fars bölgələrində isə proses əksinədir. Dövlət həmin məntəqələrdə tarixi binaların qorunub saxlanılması üçün hər il milyardlar tümən vəsait xərcləyir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar