SON XƏBƏRLƏR

SEPAH peyk raketlərinin bərk yanacağı ilə bağlı sınaqda “uğur” qazandıqlarını iddia edir

2022.01.14, 12:53
SEPAH peyk raketlərinin bərk yanacağı ilə bağlı sınaqda “uğur” qazandıqlarını iddia edir

Gunaz.tv

Yanvarın 13-də Qum şəhərində keçirilən bir tədbirdə çıxış edən Əmirəli Hacızadə deyib ki, SEPAH peyk raketlərinin bərk yanacağı ilə bağlı  ötən həftə keçirdiyi sınaqda yeni bir “uğur”a imza atıb.

“Bu sınaq, peyk raketlərinin mühərriki üçün bərk yanacaqdan istifadə olunması və onun fəaliyyəti ilə bağlıdır. Bu sınaqlar iki il müddətinə davam edirdi və biz ötən həftə keçirdiyimiz sınaqda ilk dəfə olaraq istədiyimiz nəticəni aldıq və uğur qazandıq. 

 Peyk raketisınağı qeyri-metal kompozit gövdəli bərk yanacaq üzərində həyata keçirilib. Bu isə daha sərfəlidir və biz bundan sonra ucuz mühərriklərlə kosmosa çoxlu peyklər buraxacağıq”, -deyə SEPAH terror təşkilatının hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə iddia edib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar