SON XƏBƏRLƏR

PKK İLƏ ƏLAQƏLİ AMERİKALI AGENTİN AXTARIŞI GEDİR

2021.10.20, 07:36
PKK İLƏ ƏLAQƏLİ AMERİKALI AGENTİN AXTARIŞI GEDİR

Gunaz.tv
PKK İLƏ ƏLAQƏLİ AMERİKALI AGENTİN AXTARIŞI GEDİR Vaxtilə Bakıda işləmiş Barbara Lakeberqin hələ də Türkiyədə olması istisna deyil 358.jpg Xəbər verdiyimiz kimi, Türkiyənin hüquq-mühafizə orqanları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğu güman edilən Barbara Lakeberq adlı qadın barədə qiyabi həbs qərarı çıxarıb. Buna səbəb Lakeberqin PKK ilə əlaqələrinin təsbit edilməsidir. Məlum olub ki, Lakeberq vaxtilə Bakıda, Dünya Bankının kənd təsərrüfatı proqramlarında koordinator işləyib, daha sonra Dövlət Departamentinin maliyyələşdirdiyi bir sıra proqramlarda yer alıb. Dünən bu məsələ ilə bağlı yeni araşdırmalar apararaq Türkiyə mediasından Lakeberq və onun PKK ilə əlaqələrinə dair yeni məlumatlar əldə etdik. Türkiyə mediasının Diyarbəkir Cümhuriyyət Prokurorluğunun təhqiqat materiallarına istinadən yazdığına görə, Lakeberqin PKK ilə əlaqələri bu ilin mart ayında Batman vilayətində Novruz bayramı günləri ilə bağlı keçirilən mərasimlərdən sonra üzə çıxıb. Bəlli olduğu kimi, PKK türklərin bu qədim bayramından öz təbliğatı üçün istifadə edir. Bu il də belə olub və Batmanda kürdlərin Demokratik Toplum Partiyasının təşkil etdiyi Novruz mərasimlərinə xaricdən, o cümlədən Şimali İraqdan da qonaqlar dəvət olunub. Bu mərasimlərdə PKK-çı olduğu bilinən imam Hüseyn Bulut meydana toplaşanlar qarşısında çıxışı zamanı əlində Quran tutaraq Öcalanın təbliğ edib, həmçinin nurçular təriqətinin lideri Səidi Nursinin təbliğatını aparıb, onu kürdlərin müqəddəs şəxsiyyəti kimi tanıdıb. Bu mərasim zamanı Atatürkə və Türkiyə Cümhuriyyətinə qarşı təhqirlər də səslənib. Nəticədə hüquq-mühafizə orqanları cinayət işi qaldıraraq PKK-çı imam Hüseyn Bulut başda olmaqla, 14 nəfəri həbs edib. İstintaq zamanı bəlli olub ki, həmin mərasimlərdə İraqın şimalında kürdlərin haqlarını müdafiə edən dərnək quran və ona başçılıq edən Barbara Ann Lakeberq də olub. Lakeberq PKK-çı imam və həbs edilənlərdən biri ilə aprelin əvvəllərində Batmanda görüşüb, onlara Mərkəzi Kəşfiyyat İdarəsi ilə bağlantısı olduğunu deyib və öz adından kürdlərin müstəqil dövlət qurmaq səylərinə dəstək verəcəyini bildirib. Bildirilir ki, Lakeberq kürdcə yaxşı bilir, onun əri kürddür, İraqın şimalında insan haqları təşkilatı yaradıb və onun bir şöbəsini Diyarbəkirdə açmaq istədiyini deyib. İstintaq zamanı bəlli olub ki, Lakeberqlə görüşən PKK tərəfdarlarından Aydın Tuncyüzlü adlı şəxs ondan əlyazma ilə yazılmış məktub da alıb. Həmin məktubda Lakeberq kürdlərin Türkiyə ərazilərinin bir hissəsi üzərində öz dövlətlərini qurmalı olduğunu deyir. Həmçinin Tuncyüzlünün bank hesablarında külli miqdarda ABŞ dolları aşkar edilib. Bu pulları ona Lakeberqin ötürdüyü güman edilir. İstintaq Lakeberqin PKK ilə əlaqələrini təsbit edərək onun yaxalanması haqda qərar çıxarıb. Onun hələ də Türkiyədə olduğu və gizləndiyi güman edilir, belə ki, Lakeberqin qanuni yollarla ölkədən çıxdığı təsbit edilməyib. Həmçinin istintaq müəyyən edib ki, PKK-çılardan ibarət dini icmanın imamı olan Hüseyn Bulut icma üzvləri qarşısındakı çıxışlarında Azərbaycan ərazilərinin bir hissəsinin də Kürdüstana aid olduğunu deyib. “Kürdüstan Sevr anlaşmasından sonra 8 parça olub. Suriya, İran, İraq, Türkiyə, Naxçıvan və Azərbaycandadır bu parçalar. İmamlar məlundur, ərəb irqçiliyi təbliğ edir. Kürdüstanı kürdlər xilas edəcək”- deyə onun CD-yə yazılmış çıxışlarının birində deyilir. ABŞ-ın Türkiyədəki səfirliyi Lakeberqlə bağlı məsələyə münasibət bildirmir. Lakin terrorla mübarizə üzrə amerikalı ekspertlər hesab edirlər ki, bu qadının Mərkəzi Kəşfiyyat İdarəsi adına PKK ilə çalışması inandırıcı deyil. Güman olunur ki, o, ərinin kürd olmasının və bu üzdən kürdlərə simpatiyasının təsiri altında PKK ilə əlaqələr yaradıb. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar