SON XƏBƏRLƏR

PKK iz azdırmaq istəyir_BTC-ni "ASALA"nın "DRO" qrupu partladıb?

2021.10.20, 07:36
PKK iz azdırmaq istəyir_BTC-ni "ASALA"nın "DRO" qrupu partladıb?

Gunaz.tv
BTC-ni "ASALA"nın "DRO" qrupu partladıb? PKK iz azdırmaq istəyir Avqustun 5-dən 6-na keçən gecə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Türkiyədən keçən hissəsində partlayış oldu. Hadisə nəticəsində boru kəmərində yanğın 50 metr hündürlüyə qalxıb. BTC-nin Türkiyə nümayəndəliyindən verilən məlumata görə, ərazidə yanğınsöndürmə briqadaları ilə yanaşı, bələdiyyə və hüquq-mühafizə orqanları yanğının yaxın kənd və yaşayış məntəqələrinə keçməsinin qarşısını ala bilib. BOTAŞ şirkətindən isə bildiriblər ki, həmin ərazidəki neft kəmərlərinə neftin nəqli dayandırılıb. Bundan başqa ərazinin yaxınlığından keçən digər qaz kəmərlərinə yanacaq verilməyib. Hadisə baş verən vaxt Türkiyə mətbuatı partlayışda terror versiyasını istisna etsə də, sonradan PKK terror qruplaşması partlayışı öz üzərinə götürüb. Məlumata görə, PKK-nın bu adamı da iz azdırmaq məqsədi daşıyır. "OLAYLAR"a daxil olan məlumata görə, hadisə həqiqətən də terror aktıdır. Lakin terror hadisəsini "ASALA" terror təşkilatının "DRO" qrupu törədib. Terror aktı təxminən bir ay öncə planlaşdırılıb. Lakin aktın törədilməsinə həmin vaxt şərait yaranmadığından plan bir müddət gecikib. Avqustun 5-də isə qrup üzvləri planı həyata keçirə bilib. Lakin məsuliyyəti erməni təşkilatının üzərindən götürmək istəyən PKK-çılar terrorun törədilməsində izi yayındırmaq üçün belə bir bəyanat yayıb. Terorun törədilməsində məqsəd isə ermənilərin BTC layihəsindən kənarda qaldığı üçün Azərbaycan, Gürcüstan və Türkiyədən qisas almasıdır. Çünki, layihə reallaşan vaxtlarda Ermənistan həmin layihəyə daxil olmağa cəhd etsə də, bu cəhdləri boşa çıxmışdı. Məhz bu səbəbdən də ermənilər dəfələrlə BTC-nin tikintisinə mane olmağa cəhd etmişdi. Bu cəhd bir neçə dəfə Gürcüstan ərazisində baş versə də, həmin maneələr asanlıqla aradan qaldırılmışdı. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar