SON XƏBƏRLƏR

PKK narkotika qaçaqmalçığını genişləndirir

2021.10.20, 07:36
PKK narkotika qaçaqmalçığını genişləndirir

Gunaz.tv
PKK narkotika qaçaqmalçığını genişləndirir pkk02.jpg Bu terror təşkilatı fəaliyyətinin mahiyyətini gizlətmək üçün müxtəlif ölkələrdə biznes və QHT strukturları qurur Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları nəticəsində böyük zərbə alan PKK terror təşkilatının daxilində çirkli pulların mənimsənilməsi və nüfuz savaşı son həddə çatıb. Məlumatlara görə, Türkiyənin terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatları həm də PKK-nın gəlir qaynaqlarının qarşısını almağa yönəlib. Dünən Türkiyə Böyük Millət Məclisinin Narkotiklərlə Mücadilə Komissiyasının nümayəndələri ABŞ-ın Ankaradakı səfirliyini ziyarət edib, Birləşmiş Ştatların narkotiklərlə mübarizə təşkilatı olan DEA-nın nümayəndələri bildiriblər ki, Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində PKK gəlir əldə etmək üçün uyuşdurucu qaçaqmalçılığına daha geniş şəkildə əl atır. Tural Amma terrorçuların əldə etdiyi qanlı pullar uğrunda öz aralarındakı dava şiddətlənib. Mətbuatın yazdığına görə, PKK-nın Rusiya üzrə sabiq təmsilçisi Human Uçar terror təşkilatından oğurladığı milyonlarla dollar vəsaiti bu ölkənin inşaat sektoruna yatırıb. Mütəxəssislərin fikrincə, bu terror təşkilatının Rusiyada fəaliyyətində ən təhlükəli məqam onun Moskvada QHT şəbəkəsini genişləndirməsidir. Görünür, PKK terroru QHT donuna girərək narkotika qaçaqmalçılığını, terror əməllərini davam etdirmək planları qurur. Siyasi şərhçi Aydın Quliyev PKK-nın son vaxtlar müxtəlif ölkələrdə özünə yeni sığınacaqlar axtarmasını təsadüfi saymır. İraq və Türkiyədə bu təşkilata qarşı çox ciddi mübarizənin getməsi, hərbi əməliyyatların aparılması PKK-nın zəifləməsinə, dağılma halına gətirib çıxarır: "PKK kimi terror təşkilatlarının tarixinə nəzər salsaq görərik ki, əslində onların hamısı oxşar yolu keçiblər. Müəyyən bir bölgədə, hansısa geosiyasi maraqlar kəsiyində özləri üçün əlverişli şərait tapıb fəaliyyət göstərirlər. Amma geosiyasi reallıqlar dəyişiləndə terrorçular özlərinə başqa məkanlar axtarmalı olurlar. Abdulla Öcalan özü bir vaxtlar təkcə İraqın şimalında deyil, həm də Avropa ölkələrində çox sərbəst fəaliyyət göstərirdi. Amma geosiyasi vəziyyət dəyişəndə Qərb ölkələrinin böyük təzyiqlərə məruz qaldı, İtaliyadan Rusiyaya qaçdı, Yunnanıstandan Keniyaya uçdu və sonrakı taleyi isə hamıya məlumdur. Son vaxtlar Türkiyə Silahlı Qüvvələrinin ölkə ərazisində, Şimali İraqda genişləndirdiyi antiterror mübarizəsi sözsüz ki, PKK mənsublarının müxtəlif bölgələrdə, o cümlədən də Rusiya və digər MDB ölkələrində özlərinə yeni və təhlükəsiz məkanlar axtarmasına səbəb olur. PKK terrorçuları artıq təkcə silahlı mübarizə ilə deyil, biznes və QHT sisteminin yaradılması vasitəsilə də öz mübarizələrini davam etdirmək istəyirlər: "Belə təzahürün biri-biznes strukturları PKK üçün əlavə maliyyə mənbəyi deməkdir. Qeyri- hökumət təşkilatlarının yaradılması isə aparılan mübarizənin tanınmasına, onun mümkün qədər leqallaşdırılmasına və müəyyən instansiyalarda bu mübarizəyə ideoloji müdafiə platformasının yaradılmasına xidmət edir. Buna misal olaraq bu gün Türkiyədə PKK ilə bərabər, Demokratik Toplum Partiyasının olmasını misal gətirmək mümkündür. Qeydiyyatdan keçmiş rəsmi partiya olmasına baxmayaraq, DTP açıq şəkildə PKK-nı müdafiə edərək bu qurumu terrorçu təşkilat saymır. Onu da xüsusi qeyd etmək lazımdır ki, terror təşkilatı biznes strukturu və ya QHT adı altında narkotika qaçaqmalçılığı, başqa qanunsuz əməllərlə məşğul olmaq üçün də manevr imkanları əldə etməyə çalışır". Aydın Quliyev son vaxtlar Dağlıq Qarabağda yerləşdirilən PKK terrorçularıyla bağlı məlumatların səngiməsinin də maraqlı məqam sayır: "Olduqca mötəbər rəsmi səviyyələrdə bəyanlanıb ki, həqiqətən də Türkiyə Silahlı Qüvvələrinin hücumlarından qaçan PKK tör-töküntüləri Ermənistanda, o cümlədən Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində yerləşdirilir. Bunu hətta ABŞ-ın terrorla mübarizədə səlahiyyətli dövlət məmurlarından biri, Dövlət Departamentinin nümayəndəsi Urbançik Bakıya səfəri zamanı, Xarici İşlər Nazirliyində keçirdiyi görüşlərdə bəyanladı. Həqiqətən də son vaxtlar bu məsələyə olan reaksiyalar və bununla bağlı şərhlər bir qədər səngiyib. Bəlkə də bu mübarizənin xüsusiyyətlərinə uyğun olaraq pərdəarxasında ciddi işlər gedir. Güman etmirəm ki, Türkiyə və Azərbaycan hakimiyyətindəki yüksək dairələr belə bir narahatedici məsələni unutsun. Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi mövqeyini belə bəyanlayıb ki, PKK terror təşkilatına qarşı mübarizədə dünyanın aparıcı dövlətləriylə informasiya mübadiləsini davam etdirir. Bu məsələ ətrafındakı reaksiyaları səngimiş saymaq olmaz. Belə bir variant da mümkündür ki, PKK tör-töküntülərinin Qarabağda, Azərbaycanın digər işğal olunmuş ərazilərində yerləşdirilməsiylə bağlı informasiyaları çox geniş şəkildə üzə çıxdığından Ermənistan bu prosesi müvəqqəti olaraq dayandırıb, yaxud prosesi həddən artıq gizli həyata keçirməyə çalışır". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar