SON XƏBƏRLƏR

PKK-nın ən təhlükəli terrorçusu məhv edildi

2021.10.20, 07:36
PKK-nın ən təhlükəli terrorçusu məhv edildi

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib.

 

Bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb.

 

Bildirilir ki, S.Coşqun İraqın şimalında Türkiyə SQ-a qarşı aktiv döyüşlərdə iştirak edib. Bu təhlükəli terrorçu ilə birlikdə daha bir neçə terrorçu məhv edilib.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar