SON XƏBƏRLƏR

PKK-nın İKİNCİ ŞƏXSİ ERMƏNİSTANA QAÇIB

2021.10.20, 07:36
PKK-nın İKİNCİ ŞƏXSİ ERMƏNİSTANA QAÇIB

Gunaz.tv
PKK-nın İKİNCİ ŞƏXSİ ERMƏNİSTANA QAÇIB Türk generalitetindən sensasion bəyanat Təqib edilən terrorçu Cəmil Bayıkın Qarabağa keçəcəyi istisna olunmur 5218.jpg Türkiyə aviasiyasının mayın 1-2-də İraqın şimalındakı Qəndil dağlarına endirdiyi güclü zərbələrdən sonra qaçan PKK liderlərindən biri Ermənistana keçib. ANKA agentliyinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbələrə istinadən yaydığı xəbərə görə, terror təşkilatının hərbi qanadına rəhbərlik edənlərdən Cəmil Bayık bir qrup mühafizəçisi ilə birlikdə Ermənistan sərhədlərini keçmək istəyərkən atışma baş verib və onun mühafizəçilərindən bir neçəsi öldürülüb. 5219.jpg Xəbər verildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 10-da rəsmi açıqlama yayaraq mayın əvvəlində aparılmış əməliyyatın təfərrüatları haqda kəşfiyyat mənbələri tərəfindən təsdiqlənmiş rəsmi məlumatları ictimaiyyətə çatdırıb. Bu məlumatlarda deyilirdi ki, Qəndil dağlarındakı PKK düşərgələrinə 150-dən çox terrorçunun öldürülməsi ilə nəticələnən hava zərbələrindən sonra təşkilatın rəhbərliyi pərən-pərən düşüb. PKK liderlərindən Cəmil Bayık bir qrup terrorçu ilə birlikdə qonşu ölkələrdən birinə qaçıb, sərhədi keçərkən həmin ölkənin təhlükəsizlik qüvvələri ilə baş verən atışmada Bayıkın mühafizəçilərinin bir çoxu öldürülüb. Baş Qərargah qonşu ölkənin adını göstərməsə də əvvəlcə söhbətin İrandan getdiyi güman olunurdu. Çünki Qəndil dağlarının cənub hissəsi İranla həmsərhəddir və buradan müntəzəm olaraq PKK-nın qolu olan PJAK-a mənsub yaraqlılar sərhəddi keçir. 4187.jpg Lakin gecə saatlarında Baş Qərargahda jurnalistlərə bildiriblər ki, Cəmil Bayıkın keçdiyi ölkə Ermənistandır. Əməliyyatdan sonra baş verənləri dəyərləndirən hərbi yetkililər əliqanlı terrorçunun sərhəddə baş verən atışmadan sonra bu ölkəyə keçdiyini deyiblər. Bu məlumatın kəşfiyyat mənbələri tərəfindən təsdiqləndiyi də vurğulanır. Məlumatda deyilir ki, PKK-nın Mərkəzi İdarə Heyəti tərəfindən təşkilatın silahlı qanadı olan “xalq müdafiə birlikləri”nin rəhbəri təyin edilən “Bahoz” ləqəbli, əslən suriyalı Fehman Hüseyn isə bir qrup terrorçu ilə birlikdə İraqın içərilərindəki kürd bölgəsinə - Sinad-Haftaninə qaçıb, oradan isə İrana keçib. C.Bayıkın və onu müşayiət edənlərin Ermənistana hansı ölkədən keçdikləri göstərilmir. Çünki İraqın Ermənistanla birbaşa sərhədləri yoxdur. Bu baxımdan terrorçu Ermənistana keçmək üçün ya Türkiyə, ya da İran ərazisindən istifadə etməli idi. Ermənistanın Türkiyə ilə sərhədlərini Rusiya hərbçiləri mühafizə edir. Məlumatlarda deyilir ki, Bayık və onu müşayiət edən terrorçularla sərhədçilər arasında atışma olub. Daha sonra Türkiyənin Mardin bölgəsindən olan şəxsin müdaxiləsi ilə C.Bayıkın Ermənistana keçməsi razılaşdırılıb. Bildirilir ki, Türkiyə tərəfi C.Bayıkın və F.Hüseynin tutulub təhvil verilməsi üçün Ermənistan və İran hökumətlərinə diplomatik kanallarla müraciət etməyə hazırlaşır. Hərbi mənbələrdən onu da bildiriblər ki, Türkiyə ordusunun zərbələri nəticəsində təşvişə düşən PKK-çıların bir hissəsi kiçik qruplar halında Türkiyəyə keçib. Məlumatlara görə, bölgədə kəşfiyyat fəaliyyətləri davam edir və bu terrorçuların da yeri qısa müddət ərzində təsbit edilib məhv olunacaqlar. “Hürriyet” qəzetinin xəbərində isə deyilir ki, C.Bayıkın İrana keçmiş ola biləcəyi haqda xəbərlərdən sonra bu ölkənin təhlükəsizlik xidməti terrorçunu axtarmaq üçün hərəkətə keçib. İran mənbələri bu məlumatı təsdiq edərək Türkiyədən kəşfiyyat məlumatları aldıqlarını və araşdırma getdiyini bildiriblər. İranın Ankaradakı səfirliyindən bildiriblər ki, PKK və PJAK-ın fəaliyyəti barədə Türkiyə ilə müntəzəm olaraq kəşfiyyat mübadiləsi aparılır. Bununla belə İran rəsmi qaynaqları Türkiyə və İran hərbi birliklərinin PKK-ya qarşı ortaq əməliyyat keçirdiyi haqda yayılan bəzi xəbərləri təkzib ediblər. “Cəmil Bayıkın aqibəti məlum olan kimi dərhal bu barədə Türkiyə tərəfini məlumatlandıracağıq. Qısa müddət ərzində nəticə ala bilmək üçün intensiv iş gedir, lakin hazırda konkret nəticə yoxdur”- deyə mənbə bildirib. Türkiyənin Tehrandakı səfirliyindən isə deyiblər ki, son vaxtlar iki ölkə arasında terror təşkilatının fəaliyyətinə dair operativ kəşfiyyat mübadiləsi aparılır: “Lakin hazırda bizdə Bayıkın İran tərəfinin əlinə ölü və ya diri keçdiyi haqda məlumat yoxdur”. Türkiyə mediasının xəbərlərinə görə, xarici işlər nazirinin müavini Ərtoğrul Apakan Baş Qərargahın bir gün əvvəl yayılan rəsmi açıqlamasından sonra təcili toplantı keçirib. Ankara əldə edilən son məlumatlar əsasında İran üzərindən Ermənistana keçdiyi bildirilən C.Bayıkın tutulub təhvil verilməsinə çalışır. Bildirilir ki, rəsmi Ankara F.Hüseynin Suriyaya keçdiyi haqda kəşfiyyat məlumatları əsasında həm də Dəməşqlə diplomatik kanallarla təmasa keçib. Suriya tərəfinə xəbərdarlıq edilib ki, terrorçulara sığınacaq verilməsin və onlar yaxalanacaqları təqdirdə Türkiyəyə təhvil verilsin. Məlumata görə, Türkiyə XİN PKK-nın Murad Qarailandan sonra iki nömrəli şəxsi olan C.Bayıkın Ermənistana keçdiyi haqda Ankarada israrlı məlumatların olduğunu nəzərə alaraq fəaliyyətə keçib. Türkiyənin Ermənistanla diplomatik münasibətləri olmadığına görə Tiflisdəki səfirlik vasitəsilə İrəvanla təmas qurulduğu bildirilir. Qeyd edək ki, Türkiyə hərbi və kəşfiyyat qaynaqları dəfələrlə PKK-nın Ermənistanda, habelə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşmək üzrə olduğu haqda xəbərlər yayıblar. Ötən saylarımızda xəbər verildiyi kimi, terror təşkilatı Dağlıq Qarabağda təlim düşərgələri qurub, burada təlim keçən terrorçular Ermənistan və ya İran üzərindən Türkiyəyə, İraqın şimalına keçir. Həmçinin, PKK öz düşərgələrini Ermənistanın Türkiyə ilə həmsərhəd Ararat bölgəsində yerləşdirib. Bu baxımdan İraqın şimalında sıxışdırılan C.Bayıkın Ermənistana keçməsi təsadüfi deyil. Hələ əvvəldən bildirilirdi ki, İraqın şimalının PKK üçün təhlükəsiz yer olmadığını görən terrorçular Ermənistana və Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşirlər. C.Bayıkın isə Ermənistan və Azərbaycandakı PKK ünsürləri ilə əlaqələri var. Bu günlərdə Türkiyə mediası onun şəxsi mühafizəçilərindən olmuş terrorçunun ifadələrini dərc etmişdi. Ötən ay İraqın şimalından qaçıb Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu bildirmişdi ki, o, PKK-nın İrəvanda, Tiflisdə, Naxçıvanda siyasi strukturlarının yaradılmasında iştirak edib, daha sonra Azərbaycan üzərindən İrana, oradan isə İraqa keçərək Zap düşərgəsində C.Bayıkın mühafizəçisi olub. Bu ilin əvvəllərində Türkiyə kəşfiyyatının yaydığı məlumatlarda isə deyilirdi ki, C.Bayık M.Qarailan və F.Hüseynlə birlikdə PKK-nın Ermənistanda yerləşməsini müzakirə etmək üçün İrəvana gəliblər. Bu detalı nəzərə alaraq təqib edilən terrorçunun Ermənistandan Naxçıvana, yaxud Dağlıq Qarabağ bölgəsinə keçəcəyi istisna deyil. İkinci variant daha real görünür, çünki Dağlıq Qarabağ nəzarət edilməyən ərazidir. Türkiyə tərəfi C.Bayıkın Ermənistanda olduğunu müəyyən etsə, İrəvan onu saxlaya bilməz və beynəlxalq hüququn qaydalarına görə, tutub təhvil verməlidir. Lakin terrorçu Dağlıq Qarabağa keçsə, burada özünü daha təhlükəsiz hiss edə, terror təşkilatının fəaliyyətinə rəhbərliyi davam etdirə və Azərbaycanın erməni işğalı altında olan ərazilərini terror yuvasına çevirə bilər. Onu da qeyd edək ki, PKK-çıların Qarabağda peyda olması faktının öz təsdiqini tapacağı təqdirdə Türkiyə ilə Azərbaycanın burada birgə hərbi əməliyyatlar keçirəcəyinə dair çoxdan bəri gündəmdə olan məsələ öz aktuallığını artıracaq. Bu isə o deməkdir ki, C.Bayıkın Qarabağda olması təsbit edilsə, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizə hərbi müdaxiləni ləngimədən gerçəkləşdirə bilərlər. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar