SON XƏBƏRLƏR

PKK-nın terrorçu təşkilat kimi tanınması. Parlamentdə bununla bağlı sənəd yoxdur

2021.10.20, 07:36
PKK-nın terrorçu təşkilat kimi tanınması. Parlamentdə bununla bağlı sənəd yoxdur

Gunaz.tv
PKK-nın terrorçu təşkilat kimi tanınması Parlamentdə bununla bağlı sənəd yoxdur PKK-nın terrorçu təşkilat kimi tanınması haqqında xüsusi qanunun qəbulu nəzərdə tutulmur. Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib ki, bununla bağlı mövqe Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı ortaya qoyulub: "Türkiyə prezidenti Abdulla Gül Bakıda olanda Azərbaycan prezidenti ilə bəyənnamə imzalayıblar. Həmin sənəddə bütövlükdə terrorizmə qarşı mübarizə ilə bağlı birgə fəaliyyətlə əlaqədar müddəalar var. Hər iki prezidentin razılığı bundan ibarət olub ki, bu bəyənnamədə göstərilən müddəalar hər iki dövlətin mənafeyinə uyğundur". ("OLAYLAR"İA) ---------------------------------------------------------------- Erməni publisisti narahatdır ATƏT-in azərbaycanlı qaçqınlarla bağlı mövqeyindən "Bir-birindən müharibə və minlərlə insan tələfatı ilə ayrılmış iki düşmən xalqı bir dam altına gətirmək mümkün deyil". Bunu deyən erməni publisisti Varqdes Ovyanın sözlərinə görə, qaçqınların öz yerlərinə qayıtması ATƏT-in Minsk Qrupunun münaqişənin həllinə dair sənədlərində mühüm yerlərdən birini tutur. Lakin erməni publisisti qaçqınların öz yerlərinə qayıtması dedikdə yalnız azərbaycanlı qaçqın və məcburi köçkünlərin nəzərdə tutulmasından erməni tərəfinin narahatlığını dilə gətirib. Onun sözlərinə görə, 1 milyon insanın qayıtmasından söhbət getsə də həmin sənədlərdə Azərbaycandan gedən ermənilər barədə danışılmır. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar