SON XƏBƏRLƏR

PKK-nın TÜKİYƏDƏKİ LİDERLƏRİNDƏN BİRİ ARADAN GÖTÜRÜLDÜ

2021.10.20, 07:36
PKK-nın TÜKİYƏDƏKİ LİDERLƏRİNDƏN BİRİ ARADAN GÖTÜRÜLDÜ

Gunaz.tv
Əli Çəlik terror təşkilatının Ərzrum və Bingöl bölgəsi üzrə məsuliyyətli şəxsi olub Türkiyədə PKK terror təşkilatının silahlı qanadının ən önəmli şəxslərindən biri öldürülüb. “Milliyət” qəzetinin hərbi qaynaqlara istinadən yaydığı xəbərə görə, bir neçə gün əvvəl Bingöl bölgəsində öldürülən 3 PKK-çıdan birinin təşkilatın liderlərindən olan Əli Çəlik olması üzə çıxıb. Çəlik bir çox qanlı terror aksiyalarının təşkilatçısı olub və PKK-nın Ərzrum və Bingöl bölgəsi üzrə məsuliyyətli şəxsi hesab olunurdu. O, 1992-ci ildən bu yana təşkilatın silahlı qanadında fəaliyyət göstərib, Tunceli, Diyarbəkir, Qaradəniz, İraqın şimalı və İranda bir çox qanlı terror aksiyaları törədib. O, müntəzəm olaraq İran və İraqın şimalındakı PKK düşərgələrində olub, terror təşkilatının liderlərindən Murad Qarailandan təlimatlar alıb, Türkiyəyə terrorçu qrupların sızdırılmasını təşkil edib. Öldürülən digər PKK-çıların isə Çəlikin mühafizəçiləri olduğu bildirilir. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar