SON XƏBƏRLƏR

PKK terror təşkilatının mina mütəxəssisi təlim vaxtı məhv olub

2021.10.20, 07:36
PKK terror təşkilatının mina mütəxəssisi təlim vaxtı məhv olub

Gunaz.tv
PKK terror təşkilatının mina mütəxəssisi təlim vaxtı məhv olub Ozan Gökkan adlı terrorçu uzun illərdir qruplaşmada mina mütəxəssisi kimi faliyyət göstərirmiş PKK terror təşkilatının mina mütəxəssisi təlim vaxtı məhv olub. Türkiyənin haberler.com saytının yaydığı məlumata görə, kod adı “Hakkı Losano” olan Ozan Gökkan adlı terrorçu minanı zərərsizləşdirmə təlimi verərkən baş vermiş partlayışda ölüb. Mənbə, terrorçunun uzun illərdir qruplaşmada mina mütəxəssisi kimi faliyyət göstərdiyini, bu peşəyə 1993-cü ildə İspaniyada yiyələndiyini bildirib. ------------------------------------------------------------------------- Obama qondarma "soyqırım"ı tanıyır Bu gün ABŞ Senatında ölkənin Ermənistandakı səfiri postuna namizədliyi irəli sürülmüş Marie Yovanoviçlə bağlı dinləmələr keçiriləcək. İllinoys ştatından olan senator, Demokrat Partiyasından prezidentliyə namizəd Barak Obama Amerika Erməni Milli Komitəsinin rəhbəri Ken Haçikayana məktub yollayaraq bildirib ki, 1915-1923-cü illərdə Osmanlı Türkiyəsində baş vermiş hadisələrin ermənilər tərəfindən "soyqırım" qismində dəyərləndirilməsi ilə razıdır. "Biz bu faciəni rəsmən tanımalıyıq. Prezident Corc Buş administrasiyasının həmin hadisələri erməni soyqırımı qismində tanımaq istəməməsinin heç bir əsası yoxdur", - Obamanın məktubunda deyilir. Barak Obama 2006-cı ildə ABŞ-ın İrəvandakı səfiri Con Evansın vaxtından əvvəl geri çağırılmasını da pisləmişdi. Evans səfir olduğu vaxtda diplomatik etiketi və vəzifə səlahiyyətlərini pozaraq qondarma "soyqırım"ı tanıdığını demişdi. Bu arada Nyu-York ştatından olan senator, prezidentliyə sabiq namizəd Hillari Klinton bəyan edib ki, sponsorları arasında təbliğat apararaq onları Barak Obamanın seçkiqabağı fonduna ianə yatırmağa sövq edəcək. Demokrat Partiyasının Milli Maliyyə Komitəsinin H.Klinton və B.Obamanın da qatılacağı toplantısı iyunun 26-da Vaşinqtondakı "Mayflower" hotelində keçiriləcək. Demokratların sponsorlarına dəvətnamələri elektron poçt vasitəsilə H.Klintonun seçkiqabağı kampaniyasının maliyyə direktoru Conatan Mans yollayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar