SON XƏBƏRLƏR

PKK-ya qarşı növbəti əməliyyatlar başlayıb

2021.10.20, 07:36
PKK-ya qarşı növbəti əməliyyatlar başlayıb

Gunaz.tv
PKK-ya qarşı növbəti əməliyyatlar başlayıb Türkiyənin Şemdinli bölgəsində 40 nəfərdən ibarət PKK dəstəsi 3-cü Dağ Komando Taboruna basqın edərək onlara atəş açıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, cavab atəşi ilə terrorçular geri çəkilib. Komandanlığın 3 kilometrliyində yerləşən və PKK terrorçularının sığınacaq tapdığı bildirilən Gabar dağına toplardan atəş açılıb. Türkiyə Silahlı Qüvvələrinin terrorçuları zərəsizləşdirmək üçün Gabar dağında PKK-ya qarşı əməliyyata başladığı da yayılan məlumatlar sırasındadır.("OLAYLAR"İA) ---------------------------------------------------------------------- "ABŞ-ın İstanbuldakı konsulluğuna hücum çox səfeh şəkildə hazırlanmış terror aksiyasıdır" "ABŞ-ın İstanbuldakı Konsulluğuna qarşı terror aksiyası son dərəcə qeyri-professional şəkildə həyata keçirilib. Aksiyanın detalları bəlli olduqdan sonra terrorçuların başqa qüvvələr tərəfindən idarə edildiyi anlaşıldı. Təsəvvür edin ki, konsulluğu qoruyan polis nöqtəsinə 3 adam hücum edir, bir nəfər isə onları maşında gözləyir. Yəni, terrorçular aksiya zamanı ölə biləcəklərini heç nəzərə almayıblar. Digər tərəfdən, ABŞ konsulluğu çox ciddi mühafizə olunur, terrorçuların ora girə bilməsi mümkün deyil. Kənardakı təhlükəsizlik baryerlərini keçsələr belə, içəridə ikinci baryer var. Fərz edək ki, ikinci baryeri də keçib konsulluğun həyətinə girdilər. Binaya daxil olmaq üçün iki liftdən istifadə etmək lazımdır. İçəridəki əməkdaşlar liftləri istənilən an dayandıra bilər". Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında İstanbulun Bağçaşəhər Universitetinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin terror məsələləri üzrə müşaviri Ərcan Çitlioğlu deyib. O, polis məntəqəsinə tapança və tüfənglə hücumu da axmaqlıq adlandırıb: "Belə bir hücumda avtomatik silahdan yox, tüfəngdən istifadə edilməsi terrorçuların nə qədər səfeh bir aksiya hazırladığını göstərir. Biz terror aksiyalarının hamısını məntiqdən kənar saysaq da, əslində hər aksiyanın özünə görə məntiqi var. Burada ABŞ konsulluğu hədəfə götürülüb və aksiyanın əks-sədası dünyaya yayılıb. Terrorçuların əsas məntiqi də budur. Bu, "Əl-Qaidə" terror təşkilatının bilavasitə planlaşdıraraq həyata keçirdiyi bir aksiya olmayıb. Bu, "Əl-Qaidə"nin manifestini qəbul etmiş müstəqil terror qruplarının aksiyasına daha çox bənzəyir. İntiqam hissi də rol oynaya bilər, çünki ölən terrorçulardan birinin uzun müddət Quantanamoda əsir qaldıqdan sonra sərbəst buraxıldığı məlum olub". Ekspertin fikrincə, Türkiyə bu hadisədən dərs almalıdır: "Əgər bir ölkə siyasi, iqtisadi və sosial sahələrdə zəifləyərsə, toplumda mövcud iqtidara qarşı etimadsızlıq yaranarsa, o ölkə terror aksiyaları keçirmək nöqteyi-nəzərindən ideal bir ölkə halına gələr. Ona görə də mən Türkiyədəki bütün qurumların və medianın bu olaydan dərs çıxarmalarını istəyirəm". 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar