Pol Qobl: 20 yanvar Azərbaycan xalqı üçün dönüş nöqtəsi idi [ARXİV]

2017-01-20 13:53

GünAz TV: Avrasiya millətləri üzrə ekspert Pol Qobl “Amerikanın Səsi”nin Azərbaycan xidmətinə müsahibədə 20 yanvar hadisələrinin tarixi əhəmiyyətindən söz açıb. Cənab Qoblun sözlərinə görə yanvar hadisələri Azərbaycan xalqının siyasi təkamülündə əvəzolunmaz rol oynayıb.

 

Amerikanın Səsi: Qanlı Yanvar hadisələri zamanı siz region üzrə iş aparan təşkilatın əməkdaşı idiniz. Siz bu hadisəni necə xatırlayırsınız? Həmin gün barədə şəxsi təəssüratlarınızı bölüşə bilərsinizmi?

Pol Qobl: Həmin gün, 1990-cı il yanvarın 20-də, mən Münhendə qərargahlanan Azadlıq Radiosunda araşdırmalar üzrə əvəzləyici direktor vəzifəsində çalışırdım. Amma həmin vaxt mən Münhendə deyildim. Milliyət məsələləri barədə keçirilən konfransda iştirak etmək üçün Yamaykada idim. İnformasiya BBC xəbər agentliyi və The New York Times kimi qəzetlərdən sızdıqca mənə aydın oldu ki, bu, bir dönüş nöqtəsidir. Bakıda baş verənlər dünyanı elə dəyişdi ki, artıq geriyə yol qalmamışdı. Dörd gün sonra mən Münhenə qayıdanda biz Bakıdan gələn məlumatları nəzərdən keçirdik, vəziyyəti izləyən adamlarla danışdıq. Qənaətimiz bu, idi ki, biz inqilabi hadisənin şahidi olmuşuq. Bu hadisədən sonra Moskvada oturan rəsmilərin nə düşünməsindən asılı olmayaraq onlar cini yenidən lampasına qaytara bilməzdilər.

 

Amerikanın Səsi: Həmin məlum hadisədən 21 il ötüb. Geriyə baxdıqca, bu olayın tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?

Pol Qobl: Zənnimcə, Qara Yanvar sovetlərin Azərbaycan xalqına qarşı qəddarlığı və bu qəddarlığa Azərbaycan xalqının reaksiyası – Elmlər Akademiyası üzvlərinin kommunist partiyası biletlərini qaytarması və 70 il öncə mövcud olmuş Azərbaycan Demokratik Republikasını bərpa etmək haqda söz-söhbətin yayılması – ilə səciyyələnir. İnsanlar qəfildən gördülər ki, müstəqillik mümkündür. Bu, gələn həftə baş verməyəcək, amma bu, olacaq. İnsanlar bunu dərk etdikdən sonra artıq işlədilən zorun həcmindən asılı olmayaraq fikirləri dəyişmək mümkün deyildi. Hamı anlayırdı ki, Moskva Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsini əzməyə çalışır və əslində bu hərəkət istiqlaliyyət mücadiləsini daha da alovlandırdı. Bu hadisədən sonra heç bir azərbaycanlı öz millətinin Moskva tərəfindən idarə edilməsini qəbul edə bilməzdi.

 

Amerikanın Səsi: O zaman rəsmi Moskva tərəfindən Sovet qoşunlarının Azərbaycana daxil olmasına səbəb kimi ermənilərin Bakıda qırğına məruz qalması göstərilirdi. Bu ittiham həqiqətə nə dərəcədə uyğundur?

Pol Qobl: Moskva daim azərbaycanlılara qarşı erməni kartından və eləcə də ermənilərə qarşı Azərbaycan kartından istifadə edəcək. Bu, həmişə belə olur. İnanmıram ki, sovetlərin iddia etdiyi kimi cinayətlər baş vermişdi. Əminəm ki, Sovet agentləri müdaxiləyə əsas qazandırmaq üçün provokasiyalar törətmişdilər. Azərilər arasında Qarabağda baş verənlər xeyli qəzəb doğurmuşdu. Mümkündür ki, Bakıda qalan bəzi ermənilər hücumlara məruz qalmışdı. Amma, Moskvanın əzici imperialist hərəkətinə bununla haqq qazandrmaq cəfəngiyyatdır. Heç kim adamların pis rəftara məruz qalmasını arzulamır. Amma, sovetlər zərərçəkəni qınayırdılar. Faciəli haldır ki, indiyədək də bir çox adamlar zərərçəkənləri qınamağı özlərinə rəva görürlər. Bir çox azərbaycanlılar həmin vaxt anadan olmamışdılar, yaxud o günləri xatırlamırlar. Lakin, bütün azərbaycanlılar bilməlidir ki, bu hadisə Azərbaycan millətinin yenidən dünyaya gəlməsi demək idi. Məhz bu olay, bir ildən sonra müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasını mümkün etdi.

 

Amerikanın Səsi: Siz Sovet millətləri üzrə Qərbin tanınmış ekspertisiniz. Bu hadisələrə Qərbdə reaksiyanı necə xatırlayırsınız?

Pol Qobl: Əvvəla onu deyim ki, Qafqaz üzrə ixtisaslaşan qərbli ekspertlərin sayı elə də çox deyil. Həmin vaxt mütəxəssislər arasında debat var idi. Sovet İttifaqına başlıca təhlükə haradan qaynaqlanır? Əhalinin hansı kəsimi təhlükə mənbəyidir? Parisdə qərargahlanan Aleksandr Benniqsen başda olmalqla bir qrup adam deyirdi ki, SSRİ-ni (Şurəvi) müsəlmanlar dağıdacaq, çünki demoqrafik faktorlar bunu diktə edir. Mənim də daxil olduğum başqa qrup isə düşünürdü ki, əsas təhlükə Baltik respublikalarından və Ukraynadan qaynaqlanır. Çünki Baltikyanı dövlətlərin işğal edilməsi faktı rəsmən tanınırdı və əgər Ukrayna birliyi tərk etsəydi, Sovet İmperiyası dağılardı. Bakıda baş verənlər bu debatı yenidən canlandırdı. Ortada bir müsəlman respublikası var idi ki, öz yolunu getmək istəyirdi, lakin bu cəhd qəddarlıqla əzildi. Lakin, başqalarına bu münasibət bəslənilmirdi. Eyni zamanda, Baltikyanı millətləri Bakı olayları ruhdan salmadı. Azərbaycan xalqına Sovet məkanının bu guşələrindən dəstək gəldi. Düşünürəm ki, Azərbaycan xalqı, və burada əsasən xalqı nəzərdə tuturam, 24 saat kəsiyində anladı ki, azərbaycanlı olmaq nə deməkdir. Bu, milli özünüdərk idi. Sovetlərin bu hissi tələm-tələsik boğmaq cəhdi əks-effekt verdi və bununla da post-Sovet Azərbaycanının meydana çıxmasına zəmin yaratdı.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, saxlanılanlar var

2021-04-22

gun az article

Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

2021-04-22

gun az article

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

2021-04-22

gun az article

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

2021-04-22

gun az article

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

2021-04-22

gun az article

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

2021-04-22

gun az article

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

2021-04-22

gun az article

Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkir: Şoyqu təlimlərin bitdiyini açıqladı

2021-04-22

gun az article

Cəbrayılın Şahvələdli kəndi - VİDEO

2021-04-22

gun az article

Abbas Axundi: “Sanksiyalardan yayınmaq üçün 400 milyard dollar xətcləmşik”

2021-04-22

gun az article

Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

2021-04-22

gun az article

Akar: “Azərbaycan və Ermənistan arasında atəşkəs yeni bir səhifənin açılması üçün fürsətdir”

2021-04-22

gun az article

İranda COVİD-19-dan daha 453 nəfər vəfat edib: Virus qurbanlarının sayı 68 min nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-04-22

gun az article

Mərivanda kürdlərlə silahlı qarşıdurma: 2 “Sepah”çı öldürüldü

2021-04-22

gun az article

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

2021-04-22

gun az article

Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

2021-04-22

gun az article

“Yeni klinika”nın direktoru həbs edildi

2021-04-22

gun az article

Qarabağda ölən erməni hərbçilərə təzminat verilir - Rəsmi ölü sayı 4 mini keçib

2021-04-22

gun az article

MAQATE: “İran Nətənz təsisatında inkişaf etdirilmiş əlavə sentrifuqalar quraşdırıb”

2021-04-22

gun az article

“İranın bu hərəkəti islam həmrəyliyi ilə bir araya sığmır”-Baş redaktor

2021-04-22