SON XƏBƏRLƏR

Poldəştdə tarixi əşyalar tapılıb

2021.10.20, 07:36
Poldəştdə tarixi əşyalar tapılıb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Poldəşt şəhərində iki tarixi antik əşya tapılıb.

 

Makı və Poldəşt şəhərlərinin Mədəni İrs Təşkilatının rəisi cənab Xorablu əşyaların islam dövrünün ortalarına aid olduğunu deyib.

 

“Poldəştdə ələ keçirilən iki tarixi əşya şüşədən hazırlanmış antik qablardan ibarətdir. 700 illik əşyalar polis tərəfindən bir qaçaqmalçıdan ələ keçirilib. Qaçaqmalçı barəsində dosye təşkil olunub, o məhkəmə qarşısına çıxarılacaq”- deyə Mədəni İrs Təşkilatının rəisi qeyd edib.

 

O tarixi əşyaların hansı muzeydə saxlanılacağı barədə heç bir məlumat verməyib.

 

Bundan əvvəl Azərbaycan şəhər və kəndlərində tapılan əksər tarixi əsərlər bölgənin muzeylərinə deyil, Tehran və ya ölkənin digər muzeylərinə aparılıb. Bu baxımdan  Poldəştdə tapılan antik əşyaların taleyi hələlik sual altındadır. Azərbaycanlı fəallar dəfələrlə tarixi abidələr və tapılan antik əşyaların qorunub saxlanılması barədə öz nigaranlıqlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar