SON XƏBƏRLƏR

Poldoxtər şəhəri yüksək böhrani vəziyyətdədir

2021.10.20, 07:36
Poldoxtər şəhəri yüksək böhrani vəziyyətdədir

Gunaz.tv

GünAz TV: Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Poldoxtərin yüksək böhrani vəziyyətdə olduğunu və hazırda xilasedicilərin şəhərdə vəziyyəti kontrol altına almaq üçün yollar axtardığını deyib.

 

Lorestan vilayətinin cənubunda yerləşən Poldoxtər şəhərində dünən vəziyyətdə fövqəladə hala çatıb, eləcə də onu digər bölgələrlə birləşdirən nəqliyyat və kommunikasiya əlaqələri kəsilib.  

 

Lorestan valisi xəbərdarlıq edib ki, dərhal bu şəhərə yardımlar göstərilməsə, böyük insan faciəsi yaşanacaq.

 

Sosial şəbəkələrdə yayılan video və fotolarda da şəhərdə vəziyyətin böhranlı olduğu müşahidə edilir. Əhali seldən xilas olmaq üçün yüksək yerlərə sığınıb, eləcə də evlərin əksəriyyətini su cənginə alıb.

 

Müxtəlif mənbələrdə dərc edilən məlumatlara görə, şəhərin artıq 2/3-ü sel suları altında qalıb.

 

Qızıl Aypara Cəmiyyətinin Lorestan əyalətində yerləşən şöbəsi isə qurumun mütəxəssislərinin əhaliyə lazım olan köməkləri etmək üçün yolların tapılmasına çalışdığını bildirir.

 

Qeyd etmək lazımdır ki, vilayətin Xürrəmabad şəhəri də daxil olmaqla, bir çox bölgələrində vəziyyət kritik həddədir. Hələ ki, bu bölgələrdə ölən və yaralananlarla bağlı məlumat yoxdur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar