SON XƏBƏRLƏR

Polis əməkdaşları mərhum Həsən Dəmirçinin sexinə hücum edib

2021.10.20, 07:36
Polis əməkdaşları mərhum Həsən Dəmirçinin sexinə hücum edib

Gunaz.tv

GünAz TV: 2018-ci ilin iyun ayında vəfat edən tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) Təbrizdəki sexinə (karqah) hücum edilib.

 

Məlumata görə, polis əməkdaşları yanvarın 28-də sözügedən sexə hücum edərək iş yerində axtarış aparıblar.

 

Axtarış nəticəsində hansısa əşya və ya sənədin polislər tərəfindən götürülüb-götürülməməsi barədə heç bir məlumat yoxdur.

 

Aşağıdakı şəkildə sexə hücum edən polislərin maşınlarını görmək mümkündür.

 

 

Polis əməkdaşları mərhum milli fəalın ailə üzvləri və yaxınlarını təzyiq altında saxlamaq məqsədi ilə belə bir hərəkətə əl atıb. Oxşar təzyiqlər digər azərbaycanlı mədəni fəallara qarşı da tətbiq olunur.

 

“Həsən Azərbaycan” adı ilə tanınan mərhum Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalmışdır.

 

O iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə aldığı “Ali nəsəb” xəstəxanasında vəfat edib, bir gün sonra Təbrizin “Vadi Rəhmət” qəbiristanlığında dəfn edilib.

Mərhumun dəfn mərasimi böyük izdihamla müşayiət olunmuşdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar