Polis Nardaranda xüsusi əməliyyat keçirdi, saxlanılan var

2016-10-08 14:40

GünAz TV: Daxili işlər orqanları tərəfindən Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, nazirliyin rəhbər şəxslərinin Nardaran sakinləri ilə görüşü zamanı dəfələrlə evlərdə saxlanılan qanunsuz silah və sursatın könüllü olaraq təhvil verilməsini tələb etmələrinə baxmayaraq, ayrı-ayrı qəsəbə sakinlərində odlu silahın mövcudluğu barədə hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları daxil olub. Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarızayevin evində odlu silah-sursat gizlətdiyi müəyyən edilib. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İ. Ağarızayevin həyətində basdırdığı “Kalaşnikov” markalı avtomat, 90 ədəd patron və 2 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

 

Həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Alim Zəkiyev də saxlanılıb. Onun qəsəbə ərazisində yeni tikilidə olan bağ evinin zirzəmisinə baxış zamanı orada saxladığı “Kalaşnikov” markalı odlu silahdan atəş etmək üçün nəzərdə tutulan 34 ədəd patron və avtomat darağı aşkar edilərək götürülüb.

 

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

 

Qeyd edək ki, əhalinin könüllülük prinsipi əsasında silah-sursatı təhvil verməsi üçün Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. Dəyişikliklərdə könüllü olaraq polisə təqdim edilən silaha görə vətəndaşın məsuliyyətə cəlb edilməməsi əksini tapıb.

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19

gun az article

Prezident: Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib

2020-10-19

gun az article

Düşmənin 527-ci alayının taboru döyüşməkdən imtina etdi

2020-10-18

gun az article

İranda daha 252 nəfər koronavirusdan ölüb, 3890 nəfər xəstəliyə yoluxub

2020-10-18

gun az article

XİN: Humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

2020-10-18

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2020-10-18

gun az article

Düşmənin bu texnikaları da məhv edildi - Siyahı

2020-10-18

gun az article

MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

2020-10-18

gun az article

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

2020-10-18

gun az article

Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib

2020-10-17

gun az article

İranın İrəvandakı hərbi attaşesi 1 həftədə 3 dəfə Ermənistan müdafiə nazirliyinin rəsmisi ilə görüşüb

2020-10-17

gun az article

İranda daha 253 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 30 000 nəfəri keçib

2020-10-17

gun az article

Azərbaycan Prezidenti: “Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz”

2020-10-17