SON XƏBƏRLƏR

Polis Təbriz əhalisinə peyk antenaları ilə bağlı xəbərdarlıq edib

2021.10.20, 07:36
Polis Təbriz əhalisinə peyk antenaları ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: Təbriz Şəhər Polis İdarəsi bildiriş vərəqələri yayaraq əhaliyə peyk antenalarını yığışdırmaqla xəbərdarlıq edib.

 

“Polis xəbərdarlığı” adı ilə hazırlanan bildiriş vərəqələri şəhərin müxtəlif məntəqələrində yayılıb, hətta evlərə də paylanılıb. Bildirişlərdə qeyd olunub ki, peyk antenalarından istifadə etmək qadağandır, buna görə vətəndaşlar məsuliyyətə cəlb oluna bilər

 

Polis təbrizlilərə peyk antenalarını yığışdırmaq üçün 72 saat vaxt verib.

 

İzləyicilərdən biri Təbriz Şəhər Polis İdarəsinin yaydığı bildiriş vərəqəsini GünAz TV-yə göndərərək bildirib ki, xəbərdarlıq vərəqəsi polis əməkdaşları tərəfindən şəhərin bütün məntəqələrində yayılmaqdadır.

 

Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifinin elan etdiyi son rəsmi məlumata görə, Təbrizdə əhalinin 44 faizdən çoxu peyk antenalarından istifadə edir, onlardan ən azı 75 faizi Azərbaycan Respublikası və Türkiyə kanallarını izləyir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar