SON XƏBƏRLƏR

“Pomidorun əkinçilərdən 700 tümənə alınması insafsızlıqdır” – Urmiyə Meyvə və Tərəvəz Dərnəyinin rəisi

2021.10.20, 07:36
“Pomidorun əkinçilərdən 700 tümənə alınması insafsızlıqdır” – Urmiyə Meyvə və Tərəvəz Dərnəyinin rəisi

Gunaz.tv

GünAz TV: Urmiyə Meyvə və Tərəvəz Dərnəyinin rəisi Qərbi Azərbaycanda əkinçilərdən alınan pomidorun qiymətinin qəsdən aşağı düşürülməsinə etiraz bildirib.

 

Bu barədə Qasim İzzəti yerli mətbuat orqanlarından birinə danışıb.

 

“Bəzi dəllallar fabriklərdə tomat pastası hazırlamaq üçün əkinçilərdən alınan pomidorun qiymətini qəsdən aşağı düşürür. Bu iş əkinçilərə qarşı zülmdür.

Tomat pastası üçün alınan pomidorun kiloqramı ən azı 1500 tümən olmalıdır, 700 tümən deyil.

Biz çalışırıq ki, əkinçilər məhsullarını ucuz qiymətə dəllallara satmasın.Lakin dəllallar əkinçilərin məlumatsız olduğundan sui-istifadə edir, bəzi hallarda hətta 500 tümənə pomidor alırlar.”- deyə o bildirib.

 

Qasim İzzəti vurğulayıb ki, qonşu əyalətlərdə kiloqramı 1800 və ya 2000 tümənə pomidor alınır və heç bir etiraz yoxdur. Lakin Qərbi Azərbaycanda pomidorun kiloqramı 1500 tümənə alıcı üçün sərf etmir, bunu necə başa düşək?!

 

Urmiyə Meyvə və Tərəvəz Dərnəyinin rəisi pomidorun bu qiymətə əkinçilərdən alınmasını onlara qarşı böyük zülm olduğunu dəfələrlə vurğulayıb.

 

Qeyd edək ki, Güney Azərbaycanın əksər bölgələrində, o cümlədən Qərbi Azərbaycan Əyalətində əkinçilər məhsullarını vaxtı-vaxtında bazara çıxarıb real qiymətə sata bilmir. Bu problem hər il gündəmə gəlir. Hətta alma kimi bağ məhsullarının tonlarla yol kənarında qalanıb məhv olduğuna da şahid oluruq. İran dövlətinin bazara nəzarət etməməsi və müxtəlif yollarla ixracatın qarşısını alması kənd təsərrüfatı ilə məşğul olan soydaşlarımızın əsas probleminə çevrilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar